Sumqayıtda ana və 3 övladı dərmandan zəhərlənib

Foto: Meydan TV

 Prokurorluq araşdırma aparır

Sumqayıtda ana və 3 uşağı zəhərlənib. Hadisə mayın 21-də 13-cü mikrorayondakı mənzillərdən birində baş verib.

36 yaşlı Sevgil İsgəndərova 17 yaşlı qızı, eləcə də 7 və 8 yaşlarında iki oğlu ilə birlikdə Sumqayıtda xəstəxanaya çatdırılıb. Daha sonra Bakıya – Kliniki Tibbi Mərkəzin Toksikologiya şöbəsinə köçürülüblər.

Artıq həm Sevgil İsgəndərova, həm də övladlarının vəziyyətinin qənaətbəxş olduğu və onların xəstəxanadan buraxıldığı bildirilir.

İlkin ehtimala görə, ana və övladları dərmandan zəhərlənib. Hətta qadının əsəbiləşərək, həm özünü, həm də övladlarını zəhərlədiyi haqda iddialar da var. Artıq bu məsələ ilə bağlı prokurorluqda araşdırmalar başlayıb.

“Sumqayıt şəhərində ana və 3 azyaşlı övladının dərman zəhərlənməsi diaqnozu ilə xəstəxanaya yerləşdirilmələri faktı ilə bağlı Sumqayıt Şəhər Prokurorluğunda araşdırma aparılır”, – Baş Prokurorluğun mətbuat xidmətindən belə deyilib.

Ana səhifəBölgəSumqayıtda ana və 3 övladı dərmandan zəhərlənib