Yazarlar üçün qaydalar

Məqalənizin Meydan TV saytında dərc olunması üçün aşağıdakılar vacibdir: 

  1. Şəkliniz
  2. Əsl adınız və soyadınız (əgər təxəllüslə və şəkilsiz dərc olunmaq istəyirsinizsə, səbəbini izah edin);
  3. Qısa tərcümeyi-halınız, vəzifəniz, həmçinin saytın “müəllif haqqında” bölməsində yerləşdirmək istədiyiniz məlumat. Quru və rəsmi təqdimatdan çəkinin.
    • Köşə və ya məqalə üçün başlıq seçimi redaktorun səlahiyyətlərinə daxildir. Redaktor, məqalənin başlığını dəyişmək, məqalənin kontekstini təhrif etmədən uyğun başlıq seçmək hüququna sahibdir. 
    • Köşə üçün mövzuların əhatə dairəsi kifayət qədər genişdir: siyasət, biznes, maliyyə, idman, mədəniyyət, din, texnologiya, dəb və sair. Köşə yazarı unutmamalıdır ki, oxucuları ilk növbədə əsaslandırılmış və etibarlı rəylər maraqlandırır. Həmçinin, mövzuya bədii və yumoristik yanaşma da təqdir olunur. 
    • Mətnlərin həcmi. Mətnin oxucular tərəfindən daha yaxşı qavranılması üçün bir yazıda 5000 işarə həcmindən çıxmamaq tövsiyə olunur. Daha böyük mətnləri hissələrə bölmək və «ardı var» şəklində dərc etmək məqsədəuyğundur.
    • Mətnlərin əlavə tərtibatını- şəkillər, video, infoqrafika- redaksiyanın ünvanına opinion@meydan.tv göndərə bilərsiniz.
  4. Köşələrdə aşağıdakılar qadağandır:
    • Oxucuların, digər yazarların və sayt rəhbərliyinin şərəf və ləyaqətini təhqir edən təxribatçı ifadələr; 
    • İstər açıq, istərsə də gizli şəkildə senzuradankənar leksikadan istifadə;
    • (Əgər senzuradan kənar leksika bədii fikrin ayrılmaz hissəsidirsə, redaktorun, həmin ifadəni nöqtələr və ya qəbul olunmuş digər işarələrlə əvəz etməyə ixtiyarı var);
  5. Dini, irqi, millətlərarası nifrətin, irqi, etnik, cinsi, dini, sosial əlamətlərinə görə düşmənçiliyin, yaxud ayrı-seçkiliyin təbliği və qızışdırılması;
    • Yalan məlumatın yayılması;
    • Gizli və ya açıq reklam; 
    • Separatizmin təbliği.

Müəllif hər hansı mövzunu şərh edərkən faktın dəqiqliyinə əmin olmalı, sadəcə yayılan söz-söhbətə fikir bildirməməlidir. 

Müəllif hadisəni təsvir edərkən və ya hər hansı fikrə istinad verərkən, mütləq bunu faktlarla (link, foto və s) göstərməli, hazırladığı materialda keçid verməlidir.

Müəllif tərəflərarası siyasi oyunların iştirakçısı olmamalıdır. O, təmsil etdiyi partiya, təşkilat, birlik haqqında yazı hazırlaya bilməz.

  1. Vətəndaşların və ya təşkilatların işgüzar nüfuzunu və ləyaqətini alçaldan, gözdən salan, onlara qarşı təhlükə daşıyan məlumatlar;
    • Azərbaycan Cinayət Məcəlləsində nəzərdə tutulmuş əməllərə çağırış.
  2. Redaksiya, tərkibində siyasi reklam olan köşələri dərc etməmək hüququnu özündə saxlayır.
    • Həmçinin redaksiya, köşənin dərcindən izahat vermədən imtina edə bilər.
    • Yazısı Meydan.TV-nin «Fikrimcə» bölməsində dərc olunan müəllif, materialın müəlliflik hüquqlarını Meydan TV-yə verir.

Yazar redaksiyanın daimi müəllifi olduğu halda, «Fikrimcə» bölməsinin redaktoru ona mövzu sifariş edə bilər.

Saytda mətn və ya vizual formatda ifadə olunmuş fikirlər redaksiyanın fikri ilə həmişə üst-üstə düşməyə bilər, lakin redaksiya, cəmiyyətdə fikir azadlığını və ictimai əhəmiyyət daşıyan məsələlərdə sərbəst və açıq diskussiyaları dəstəkləmək məqsədilə həmin fikirlərin dərcinə imkan yaradır.

Bütün materiallar orijinal olmalı və yalnız Meydan TV-yə təqdim edilməlidir. Başqa KİV-lərə təqdim edilən, ya da hər hansı bir şəkildə (çap və ya onlayn) yayınlanmış məqalələr qəbul edilmir.