BIFROST-T – BLOKLANMIŞ VEB-SAYT ÜÇÜN TELEGRAM XİDMƏTİ

Bifrost-T logo

Bifrost-T internet bloklanmasından əziyyət çəkən müstəqil media və insan haqları təşkilatlarına dəstək məqsədi ilə hazırlanmış xidmətdir.

Bifrost-T WordPress yazılarını “Telegram” mesajlarına çevirir və məlumatları müştəriyə məxsus “Telegram” kanalında dərc edir. Xidmət “Telegram” xidmətinin mövcud olduğu ölkələrdə bloklanmış veb-saytların istifadəsi üçün nəzərdə tutulub.

Bifrost-T xidmətini bloklanmış media üçün quraşdırmaq asandır. Əslində, heç bir hərəkətə ehtiyac yoxdur! Media yalnız xidmət üçün müraciət etməli və hansı “Telegram” kanalından istifadə etmək istədiklərini Qurium-a bildirməlidir. 

İstifadəçilər (oxucular), bloklanmış məzmunu almağa başlamaq üçün sadəcə “Telegram” kanalında qeydiyyatdan keçməlidirlər.