“Putin digər güclərlə bərabər Ermənistan və Azərbaycana mesaj verir”

“Məsələ ondadır ki, Azərbaycan və Ermənistan da BMT-yə sovet dövründəki sərhədlər çərçivəsində qəbul olunub”.

Source: Specify Source


Siyasilər Rusiya prezidentinin fikirlərini şərh edir

"Sərhədlərin demarkasiyası və demilitasiyası üçtərəfli 10 noyabr bəyanatı imzalanarkən razılaşdırılıb. Sadəcə, 1 ilə yaxın ötən müddətdə fərqli qüvvələr, məsələn, Minsk Qrupu formatında ABŞ ayrıca, Avropa Birliyi tərəfindən Fransa ayrıca prosesə müdaxilə etməyə cəhd göstərib. Eyni zamanda, başqa qüvvələr də var. Bütün bunlar Rusiyanı narahat edir, çünki şimal ölkə bu yöndə inhisarçılığı əldən vermək istəmir".

Bu açıqlamanı Azad Demokratlar Partiyasının sədri Sülhəddin Əkbər Meydan TV-yə Rusiya dövlət başçısı Vladimir Putinin

Valday Klubu

nun sonuncu toplantısında səsləndirdiyi açıqlamanı şərh edərkən bildirib.

Vladimir Putin deyib ki, indi ən vacib şey Ermənistan və Azərbaycan sərhədindəki vəziyyəti həll etməkdir:

"Əlbəttə ki, Rusiyanın iştirakı olmadan burada heç nə etmək mümkün deyil. İki tərəf və Rusiyadan başqa heç kim lazım deyil. Burada çox sadə, praqmatik şeylər var. Çünki Rusiya ordusunun Baş Qərargahında sovet respublikaları arasındakı sərhədlərin haradan keçdiyini göstərən xəritələr var”.

Sülhəddin Əkbər Rusiyanın regiona təsir mexanizmlərinin hələ qaldığını söyləyib:

Sülhəddin Əkbər
Sülhəddin Əkbər

"Birinci, Rusiya Ermənistan-Azərbaycan danışıqlarında vasitəçiliyi ələ alıb və hər iki tərəf də 10 noyabr bəyanatına imza atmaqla razılıqlarını təsdiqləyib. İkinci, Ermənistan Rusiyanın hərbi-strateji müttəfiqidir və Yerevana strateji nəzarət Moskvanın əlindədir. İkinci Qarabağ savaşında Ermənistanın məğlubiyyətindən sonra strateji asılılıq daha da artıb. Üçüncü, Rusiya "sülhməramlı" adı altında da Azərbaycanda hərbi iştirakını təmin etdiyindən Bakıya hərbi-strateji təsirini artırıb. Digər tərəfdən, Moskvanın hər iki ölkənin siyasi hakimiyyətinə kifayət qədər təsir imkanları var, ona görə Rusiya heç kimə inhisarçılığı vermək niyyətində deyil. Hələlik digər oyunçular oyuna girənə qədər Rusiya mövcud davranışını davam etdirəcəkdir. Bununla Vladimir Putin digər güclərlə bərabər Ermənistan və Azərbaycana mesaj verir ki, boş-boşuna danışıqlar aparmağın mənası yoxdur, kənar qüvvələrə postsovet məkanına müdaxiləyə imkan verməyəcəm".

Vladimir Putin eyni zamanda, Ermənistan və Azərbaycanın sərhəd probleminin sovet dövrünün xəritələri əsasında həll edə biləcəyini vurğulayıb:


"Amma bu proses qarşılıqlı kompromislər tələb edir".

Oxşar fikirləri iyunun 8-də Bakıda olarkən ABŞ Dövlət katibinin köməkçisi Filip Riker də səsləndirmişdi. O, "ABŞ Ermənistanla Azərbaycan arasında sərhədin demarkasiyasına necə kömək edə bilər” sualına "sərhədlərin demarkasiyası keçmiş SSRİ çərçivəsində vacibdir" deyə

bildirmişdi

.

Sülhəddin Əkbər qeyd edir ki, beynəlxaq hüquqda “Utipossidetis” (“malik olduğuna sahib çıx”) prinsipi var: “Yəni imperiyalar dağılanda tərkibindən çıxan və öz müstəqilliyini elan edən hüquq subyektləri məhz imperiya daxilindəki inzibati ərazi sərhədlərlə çıxırlar. Yeni yaranan ölkələr o sərhədlərə sahib çıxmalıdırlar. Görünür, həm yerli oyunçular Ermənistan və Azərbaycan, həm də Minsk Qrupu buna razıdır. Məsələ ondadır ki, Azərbaycan və Ermənistan da BMT-yə sovet dövründəki sərhədlər çərçivəsində qəbul olunub".

Siyasi icmalçı Azər Qasımlı da oxşar yanaşma sərgiləyib. Azər Qasımlı da hesab edir ki, 10 noyabrda imzalanan bəyanatla sərhədlərin necə olacağı razılaşdırılıb:

Azər Qasımlı
Azər Qasımlı

"Həmin bəyanatla Rusiya hərbi kontingenti Dağlıq Qarabağa yerləşdirilib. Bəyanatın imzalanması Rusiyanın bölgədə söz sahibi olduğunu bir daha təsdiqlədi. Çünki Ermənistanda Rusiyanın hərbi bazası var, Azərbaycanda yox idi, sülhməramlı adı altında artıq Dağlıq Qarabağda var və hərbi-siyasi vəziyyətə sahib oldular. Putin demək istəyir ki, onlarsız heç bir sülh və razılaşma ola bilməz, nə olacaqsa, Rusiyayla olmalıdır. Putin bütün dünyaya, ilk növbədə Türkiyəyə bu mesajı verir".

Azər Qasımlının sözlərinə görə, böyük ehtimalla müharibədən çox əvvəl İlham Əliyevlə Vladimir Putinlə razılıq olub ki, Azərbaycan ərazilərini azad etdiyi zaman Rusiya müdaxilə etməyəcək:

"Bunun müqabilində də Rusiyanın hərbi kontingenti Azərbaycanın ərazisində yerləşdiriləcək".

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov sentyabrın 30-da

deyib ki

, 30 il ərzində delimitasiya və demarkasiya reallaşmayıb, bunun da əsas səbəbi Azərbaycan torpaqlarının işğal altında olmasıdır:

“Azərbaycan ərazi bütövlüyünü bərpa edib. Bu məsələ normal və sivil qaydada həll olunmalı, delimitasiya prosesi həyata keçirməlidir. Azərbaycan bu istiqamətdə konstruktiv olub, amma Ermənistan tərəfinin qeyri-konstruktiv addımlarını, bəhanələrini görürük. Ermənistan öz seçimini etməlidir: qonşulara qarşı ərazi iddiaları, yoxsa konstruktiv əməkdaşlıq? Azərbaycan beynəlxalq hüquq prizmasından çıxış edir. Stabil və inkişafa yönəlmiş mühit üçün bu yanaşmanın alternativi yoxdur. Ölkələrin suverenliyinə, ərazi bütövlüyünə hörmət edilməlidir”.

2020-ci ilin sentyabrın 27-də Azərbaycanla Ermənistan arasında 44 günlük mübaribə başlayıb.

Azərbaycan Cəbrayıl, Hadrut, Füzuli, Zəngilan, Qubadlı, Şuşa və Xocavənd rayonunun bir hissəsini geri qaytarıb.

10 noyabrda Rusiya, Azərbaycan və Ermənistan dövlət rəhbərləri tərəfindən imzalanan üçtərəfli bəyanatdan sonra Rusiya sülhməramlıları bölgəyə daxil olub, ardınca Ağdam, Kəlbəcər və Laçın rayonları boşaldılıb.

Ana səhifəSiyasət“Putin digər güclərlə bərabər Ermənistan və Azərbaycana mesaj verir”