Ağdağda Azərbaycan, Ermənistan və Rusiya bayraqlarının olduğu bildirilir

“Hər şey 25 dekabrdan bəri olduğu kimidir”

Source: https://www.azadliq.org/


"Atəş səsləri olur, atırlar, amma bizə yox"

Ermənilərin Pela adlandırdıqları Sünik vilayətinin Ağdağ yüksəkliyində Ermənistan və Azərbaycanın bayraqları ilə yanaşı, Rusiya bayrağı da dalğalanır.

Bu barədə AzadlıqRadiosunun Erməni xidməti – "Azatutyun" məlumat

yayıb

.

Sayt yazır ki, həmin yüksəkliyə ən yaxın məntəqə olan Aqarakdan çəkilmiş videoda orada hərbçilərin olub-olmaması, habelə bayraqlar arasında nə qədər məsafənin olması bilinmir.

Ərazinin 2 kilometrliyində yerləşən kəndin sakinləri "Azatutyun"a deyiblər ki, yüksəklikdə Azərbaycan mövqeləri hələ dekabr ayından görünüb.

Sakinlər bundan sonra hər hansı mövqe dəyişikliyinin olub-olmadığını bilmədiklərini əlavə ediblər. Ancaq sakinlər ərazidə insidentin olmadığını da deyiblər: “Atəş səsləri olur. Atırlar, amma bizə yox. Haradan biləsən, niyə atırlar?”.

Başqa bir kənd sakini isə bildirib: “Narahatlıq həmişə var. Gəlib burnumuzun altında dayanıblar. Təhlükəsizlik təminatı olsa, yaxşı olardı. Mən deyə bilmərəm ki, atəş səsləri eşitmişəm… Heç bir dəyişiklik olmayıb. Hər şey 25 dekabrdan bəri olduğu kimidir. Biz üç ay postda idik. Sonra bizi əvəz etdilər. Heç bir səs-səmir eşitməmişəm”.

Oktyabrın 4-də Ermənistanın Baş naziri Nikol Paşinyan Azərbaycanla demilitasiya və demarkasiya prosesinə başlamağa hazır olduğunu bəyan

edib

.

Baş nazir bildirib ki, Azərbaycan prezidenti ilə mümkün görüş ərəfəsində hərbi əsirlər gətirəcəyinə ümid edərək humanitar təhlükə yaradan və Ermənistan üçün heç bir təhlükəsizlik funksiyası olmayan bütün xəritələri də aparmağa hazırdır: "Ümidvaram ki, Azərbaycan prezidenti özüylə hərbi əsirləri, girovları və digər saxlanılan şəxsləri özüylə gətirəcək".

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov oktyabrın 20-də xorvatiyalı həmkarı və Avropa işləri naziri Qordan Qrliç Radmanla görüşdən sonra keçirdiyi brifinqdə Ermənistan tərəfindən ziddiyyətli bəyanatlar verildiyini, üçtərəfli komissiyanın iclaslarının bir müddət dayandırıldığını

bildirib

.

Nazir ümid edib ki, Ermənistan hökuməti tərəfindən verilən son müsbət mesajlar yalnız sözdə qalmayacaq, əməli istiqamətdə də müsbət nəticələr əldə ediləcək.

Bu ilin mayın 21-də Rusiya Xarici işlər naziri Sergey Lavrov ölkəsinin Azərbaycan və Ermənistan sərhədlərinin delimitasiyası və demarkasiyası üçün yardımını təklif

etmişdi

.

İyunun 8-də Bakıda olan ABŞ Dövlət katibinin köməkçisi Filip Riker isə ölkəsinin Ermənistanla Azərbaycan arasında sərhəddin demarkasiyasına necə kömək edə bilər” sualının cavabında

bildirmişdi

ki, sərhədlərin keçmiş SSRİ çərçivəsində demarkasiyası vacibdir.

Bu, həm də texniki prosesdir və ABŞ bunda texniki yardım göstərməyə hazırdır: "Biz hər iki tərəfi qoşunlarını çıxarmağa və demarkasiya prosesinə başlamağa çağırırıq".

Ana səhifəSiyasətAğdağda Azərbaycan, Ermənistan və Rusiya bayraqlarının olduğu bildirilir