İqtisadçı: 2 milyard 31 milyon 700 min manatla pensiyaları 50 faiz artırmaq olardı

İqtisadçı deyir ki, bu ildən sonra xarici borcların qaytarılması qrafiki də müəyyən edilib.

Source: Google


"Bu o deməkdir ki, dövlət məmurlarının villaya, qızıla, briliyanta xərclədiyi borcları övladlarımız qaytaracaq"

2021-ci il dövlət büdcəsindən xarici dövlət borcuna xidmət edilməsi xərcləri ilə bağlı 2 milyard 31 milyon 700 min manat vəsait ayrılıb.

Bu rəqəm əvvəlki illə müqayisədə 21,6 faiz çoxdur.

İqtisadçı Qubad İbadoğlu deyir ki, bu, bütövlükdə büdcə xərclərinin 7,7 faizi qədərdir: “Məbləği əslində icraçılar – “Azərsu” ASC, “Azərenerji” ASC, “AZAL”, “Azərbaycan Dəmir Yolları” QSC, “Meliorasiya və Su Təsərrüfatı”, “Azərbaycan Avtomobil Yolları” ASC və başqaları qaytarmalı idi. Ancaq onların əvəzinə büdcə, yəni biz, siz, vergi ödəyciləri ödəyir”.

İqtisadçı deyir ki, 2 milyard 31 milyon 700 min manatla pensiyaları ən azı 50 faiz artırmaq olardı. Hazırda 1 milyon 160 min nəfər pensiyaçının təqaüdlərinin 11,4 faiz indeksləşdirilməsinə yönələn məbləğ 441 milyon manatdır. Bu da dövlət büdcəsindən xarici dövlət borcuna xidmət edilməsi xərclərindən 5 dəfəyədək azdır”.

qubad-ibadoqlu.jpg
Qubad İbadoğlu

İqtisadçı deyir ki, bu ildən sonra xarici borcların qaytarılması qrafiki də müəyyən edilib. Bu isə o deməkdir ki, dövlət məmurlarının villaya, qızıla, briliyanta, ailə biznesinə və səyahətlərinə xərclədiyi, xarici banklarda depozitə qoyduğu xarici borcları yalnız biz deyil, gələcəkdə övladlarımız da onların əvəzindən qaytaracaq.

2020-ci il yanvarın 1-nə olan məlumata görə, Azərbaycanın iri şirkətləri dövlət zəmanəti ilə xaricdən 7 milyard 44 milyon 700 min dollar borc alıb.

Dövlət zəmanəti ilə xaricdən borc alan iri şirkətlər Azərbaycan Avtomobil Yolları ASC, Azərbaycan Dəmir Yolları QSC, “Azərsu” ASC, Azərbaycan Meliorasiya və Su Təsərrüfatı, Naxçıvan Meliorasiya və Su Təsərrüfatıdır.

Beləliklə, dövlətin zəmanətindən istifadə edərək Azərbaycan Avtomobil Yolları ASC 3 milyard 578 milyon 300 min dollar, Azərbaycan Dəmir Yolları QSC1 milyard 368 milyon 200 min dollar, “Azərsu” ASC 1 milyard 269 milyon 200 min dollar, Azərbaycan Meliorasiya və Su Təsərrüfatı – 627 milyon 100 min dollar, Naxçıvan Meliorasiya və Su Təsərrüfatı- 201 milyon 900 min dollar xaricdən borc alıb.

146235254_10222235649911920_8438519177579854499_o.jpg
Cədvəl
Ana səhifəİqtisadiyyatİqtisadçı: 2 milyard 31 milyon 700 min manatla pensiyaları 50 faiz artırmaq olardı