Deputat: Uşaqpulu məsələsinə birdəfəlik son qoymalıyıq

Deputat bank sistemində problemlər olduğunu deyərək, bununla bağlı Azərbaycan Mərkəzi Bankı ilə dinləmələr keçirilməsini təklif edib.

Source: google.az


Milli Məclisin komitə iclası keçirilib

“Rayonlarda həkim işləmək istəyən tələbələr üçün təhsil pulsuz olsun”.

Milli Məclisin komitə iclasında çıxış edən deputat Məşhur Məmmədov belə deyib.

O, regionlarda həkim çatışmazlığı olduğunu bildirib.

Deputat təklif edib ki, bu problemi həll etmək üçün rayonlarda işləməyi stimullaşdırmaq lazımdır:

“Regionda həkimlərin sayının artırılması üçün addım atmasaq, əhalinin paytaxta köçü daha da artacaq. Təhsilini başa vurub rayonda işləmək istəyənlərə şərait yaradılmalıdır. Təklif edirəm ki, rayonlarda işləmək istəyən tələbələr üçün Azərbaycan Tibb Universitetində təhsil pulsuz olsun”.


“Tariflər çox yüksəkdir, azaldılmasına ehtiyac var”

Deputat əlavə edib ki, pandemiya dövründə internetlə bağlı problemə görə rayonlarda uşaqlar onlayn təhsildən kənarda qalıb:

“Əgər təhsil internet üzərindədirsə və internet yoxdursa, uşaqların gələcəyi necə olacaq? Bu problemlə bağlı Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinə müraciət etsəm də, ümumi cavablar verilir. Belə olmaz…”

unnamed.jpg
Məşhur Məmmədov

M. Məmmədov rabitə, qaz və elektrik xətlərinin çəkilməsi ilə bağlı tariflərin də kifayət qədər yüksək olduğunu deyib. O bildirib ki, bir qrup həmkarı ilə dəfələrlə bu məsələni müzakirə ediblər və tariflərin azaldılmasına ehtiyac var”.

Komitə sədri Tahir Mirkişili bildirib ki, rüsumları parlament yox, Nazirlər Kabineti, Tarif Şurası müəyyən edir: “2021-ci ildən tibbi sığortanın tətbiqinə başlanır. Amma Tibb Universitetində oxuyan tələbələrin hamısının təhsil haqqının dövlət tərəfindən verilməsi maraqlı təklifdir”.


“Rəqabət Məcəlləsi məsələsini qaldırmaqdan yorulmuşuq”

Deputat Vahid Əhmədov nöbəti dəfə uşaqpulu məsələsini qaldırıb:

“Biz bu məsələyə birdəfəlik nöqtə qoymalıyıq ki, uşaqpulu verilir, ya yox? Bu, çox ciddi bir məsələdir”.

V.Əhmədov Rəqabət Məcəlləsinin qəbul olunmasının da vacib olduğunu deyib.

“Biz bu məsələni qaldırmaqdan yorulmuşuq. Hər sessiyada bizə deyirlər ki, gələn sessiya hazır olacaq”.

Vahid Əhmədov
Vahid Əhmədov

Deputat bank sistemində problemlər olduğunu deyərək, bununla bağlı Azərbaycan Mərkəzi Bankı ilə dinləmələr keçirilməsini təklif edib.

İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Tahir Mirkişili deyib ki, Azərbaycanda banklarla bağlı geniş qanun layihəsi hazırlanır və layihə Milli Məclisə daxil olan kimi dinləmələr keçiriləcək.

Həmçinin bildirilib ki, “2021-ci ilin dövlət büdcəsi haqqında” qanun layihəsi yaxın günlərdə Milli Məclisə daxil olacaq.

Ana səhifəSosialDeputat: Uşaqpulu məsələsinə birdəfəlik son qoymalıyıq