Yeni büdcə: neftin qiyməti, virusla mübarizə, sahibkarlara yardım…

Layihədə koronavirus pandemiyası ilə əlaqədar sosial müdafiə və sosial təminat üzrə maliyyə dəstəyinin davam etdirilməsi üçün dövlət büdcəsindən əlavə 238 milyon manat vəsaitin yönəldilməsi proqnozlaşdırılır.

Source: Архив

Büdcə dəyişikliklərinin müzakirəsi üçün Milli Məclisin növbədənkənar plenar iclasları çağırılıb

Azərbaycanın cari il üçün dövlət büdcəsində neftin bir barelinin qiyməti 20 dollar azaldılaraq 35 ABŞ dollarına bərabər götürüləcək.

“Azərbaycan Respublikasının 2020-ci il dövlət büdcəsi haqqında” qanunda dəyişiklik edilməsi barədə” qanun layihəsində belə nəzərdə tutulub.

Hazıkı büdcədə isə bu rəqəm 55 ABŞ dollar müəyyənləşib.

Yeni layihədə dövlət büdcəsinin xərcləri artırılır.

2020-ci il dövlət büdcəsinin gəlirləri 24 milyard 124 milyon manat, xərcləri 27 milyard 492 milyon 200 min manat (o cümlədən, mərkəzləşdirilmiş gəlirləri 23 milyard 359 milyon 465 min manat, yerli gəlirləri 764 milyon 535 min manat, mərkəzləşdirilmiş xərcləri 26 milyard 677 milyon 330 min manat, yerli xərcləri 814 milyon 870 min manat) məbləğində olması proqnozlaşdırılır.

Hazırkı büdcədə 2020-ci il dövlət büdcəsinin gəlirləri 24134500,0 min manat, xərcləri 26894700,0 min manat (o cümlədən mərkəzləşdirilmiş gəlirləri 23336950,0 min manat, yerli gəlirləri 797550,0 min manat, mərkəzləşdirilmiş xərcləri 26044596,0 min manat, yerli xərcləri 850104,0 min manat) məbləğində təsdiq edilib.

Layihədə koronavirus pandemiyası ilə əlaqədar sosial müdafiə və sosial təminat üzrə maliyyə dəstəyinin davam etdirilməsi üçün dövlət büdcəsindən əlavə 238 milyon manat vəsaitin yönəldilməsi proqnozlaşdırılır.

Həmçinin koronavirus pandemiyası ilə əlaqədar iqtisadi dəstək üzrə tədbirlərin maliyyə təminatı, o cümlədən sahibkarlara dövlət tərəfindən maliyyə dəstəyinin davam etdirilməsi üçün əlavə 100 milyon manat vəsaitin yönəldilməsi nəzərdə tutulub.

Koronavirus pandemiyası dövründə xaricdən gələn ölkə vətəndaşlarının sərhəddə yaradılmış səyyar düşərgələrdə karantindən keçmələri üçün dövlət büdcəsindən 2,8 milyon manatın ayrılması nəzərdə tutulub.

Vəsait ayrılacaq digər bir sahə biometrik pasport blanklarının və yeni nəsil şəxsiyyət vəsiqələrinin çap edilməsi ilə bağlıdır.

Bu məqsədlə əlavə 6,7 milyon manat vəsaitin yönəldilməsi təklif edilib.

Büdcə dəyişikliklərinin müzakirəsi üçün Milli Məclisin növbədənkənar plenar iclaslarıı çağırılıb.

Avqustun 5,6,7-də keçiriləcək iclaslarda büdcə dəyişikliyi ilə əlaqədar 6 məsələ daxil edilib.

Ana səhifəİqtisadiyyatYeni büdcə: neftin qiyməti, virusla mübarizə, sahibkarlara yardım…