“Universal Music Group” Rusiyadakı fəaliyyətini dayandırıb

Foto: NYCStock/shutterstock

Səsyazma şirkəti Ukraynadakı hərbi əməliyyatlara etiraz edib

“Universal Music Group” səsyazma şirkəti Ukraynadakı hərbi əməliyyatlara görə Rusiyadakı fəaliyyətini tamamilə dayandırıb.

Şirkətin rəsmi saytında bu haqda məlumat verilib.

“Ukraynadakı zorakılığa tez bir zamanda son qoymağa çağırırıq. Beynəlxalq sanksiyalara əməl edirik. Əməkdaşlarımız və sənətçilərlə birlikdə bölgədəki qaçqınlara humanitar yardım göstəririk”, – bəyanatda qeyd olunur.

Dünyanın ən nüfuzlu səsyazma şirkəti olan “Universal Music Group” 1934-cü ildə təsis edilib.

Baş ofisi “Vivendi SA” Fransada, Parisdə yerləşir.

Şirkətin dünyanın bir çox ölkəsində regional ofisləri fəaliyyət göstərir.

Fevralın 24-də Prezident Vladimir Putin Ukraynada xüsusi hərbi əməliyyata göstəriş verib.
O vurğulayıb ki, Moskvanın planlarına Ukrayna ərazilərinin işğalı daxil deyil, məqsəd ölkənin demilitarizasiyasıdır.

Daha sonra ABŞ, Avropa İttifaqı, Böyük Britaniya, eləcə də bir sıra digər dövlətlər Rusiyaya qarşı sanksiyalar tətbiq edib.

Fevralın 25-də Avropa Yayım Birliyi də Rusiyanı builki “Eurovision” beynəlxalq mahnı müsabiqəsindən kənarlaşdırıb.

2022-ci il mayın 17-dən 28-dək Fransanın Lazur sahilində keçiriləcək Beynəlxalq Kann Film Festivalına da Rusiya nümayəndə heyəti buraxılmayacaq.

Amerika kinostudiyaları da Ukraynadakı vəziyyətlə əlaqədar Rusiyada filmlərin yayımını ləğv edib.
“Sony Pictures” də Ukraynadakı vəziyyətlə əlaqədar Rusiyada gözlənilən teatr premyeralarını dayandırıb.

Ana səhifəMədəniyyət“Universal Music Group” Rusiyadakı fəaliyyətini dayandırıb