Rusiya nümayəndə heyəti Kann Festivalına buraxılmayacaq

Beynəlxalq Kann Film Festivalı. Foto: Iurii Dzivinskyi/shutterstock

Qərarı festivalın təşkilat komitəsi qəbul edib

2022-ci il mayın 17-dən 28-dək Fransanın Lazur sahilində keçiriləcək Beynəlxalq Kann Film Festivalına Rusiya nümayəndə heyəti buraxılmayacaq.

“Festivalın təşkilat komitəsi qərara gəlib ki, Ukrayna xalqının maraqlarını təmin edəcək şərtlərlə hücum dayandırılana qədər Rusiya hökuməti ilə əlaqəli rəsmi nümayəndə heyət və ya nümayəndələri qəbul olunmayacaq”, – festivalın mətbuat xidmətinin yaydığı məlumatda deyilir.

Festivalın təşkilatçıları qeyd ediblər ki, onların diqqətləri hazırda Ukrayna kinorejissorlarına və onların ailələrinə yönəlib.

Rusiyanın Ukrayna ərazilərinə qoşun yeritməsinə etiraz olaraq onlarla beynəlxalq təşkilat və ya federasiyalar artıq bir neçə gündür ki, Moskvaya onların tədbirlərində iştirakla bağlı qadağalar qoyur.

Fevralın 25-də Avropa Yayım Birliyi də Rusiyanı builki “Eurovision” beynəlxalq mahnı müsabiqəsindən kənarlaşdırıb.

Fevralın 24-də Prezident Vladimir Putin Ukraynada xüsusi hərbi əməliyyata görstəriş verib.
O vurğulayıb ki, Moskvanın planlarına Ukrayna ərazilərinin işğalı daxil deyil.
Məqsəd ölkənin demilitarizasiyasıdır.

Daha sonra ABŞ, Avropa İttifaqı, Böyük Britaniya, eləcə də bir sıra digər dövlətlər Rusiyaya qarşı sanksiyalar tətbiq edib.

Ana səhifəMədəniyyətRusiya nümayəndə heyəti Kann Festivalına buraxılmayacaq