Türkmənistandan müstəqil jurnalistlərə edilən təzyiqləri dayandırmaq tələb olunur

İmmiqrasiya əməkdaşı Açılovaya bildirib ki, o, heç bir izahat vermədən ölkəni tərk edə bilməz

Source: Meydan TV


İmmiqrasiya əməkdaşı Açılovaya bildirib ki, o, heç bir izahat vermədən ölkəni tərk edə bilməz

Jurnalistləri Müdafiə Komitəsi (CPJ) Türkmənistanı veteran müxbir Soltan Açılovaya tətbiq olunan səyahət qadağasını dərhal ləğv etməyə və onu Mərkəzi Asiya ölkəsindən kənarda azad səyahət etməyə icazə verməyə çağırıb.

"Açılovaya və bir neçə başqa jurnalistə tətbiq edilən sistematik təzyiq onlar dünyanın ən qapalı ölkələrindən birində müxbirlik kimi vacib işi həyata keçirdikləri üçün dayandırılmalıdır", – Nyu-Yorkda fəaliyyət göstərən CPJ-nin Avropa və Mərkəzi Asiya ölkələri üzrə proqram koordinatoru Gülnoza Səid, martın 25-də verdiyi bəyanatda qeyd edib.

Açılova Vyana mərkəzli müstəqil “Turkmənistan Xronikası” veb saytının (Chronicles of Turkmenistan) Aşqabad müxbiridir.

“Türkmənistan Xronikası”nın baş redaktoru Fərid Tuxbatullinin sözlərinə görə, Açılova martın 11-də Gürcüstanın Tbilisi şəhərində keçiriləcək beynəlxalq seminarda iştirak etmək üçün gedərkən Aşqabat Beynəlxalq Hava Limanında pasporta baxış zamanı saxlanılıb.

İmmiqrasiya əməkdaşı Açılovaya bildirib ki, o, heç bir izahat vermədən ölkəni tərk edə bilməz,- Tuxbatullin CPJ-yə bildirib.

Sərhədsiz Reportyorlar (RSF) 21 mart tarixində verdiyi bəyanatda Türkmənistanı "Açılova və Türkmənistanda digər az sayda müstəqil jurnalisti təzyiq etməməyə" çağırıb.

Açılova bunda öncə də polis tərəfindən dəfələrlər nəzarətə alının və naməlum şəxslər tərəfindən hücumlara məruz qalıb. Onun çalışdığı “Türmənistan Xronikası” ölkədə olan azsaylı hökuməti tənqid edə bilən media platformalarından biridir.

"Türkmənistan Xronikası" və Azadlıq Radiosu kimi tanınan RFE / RL Türkmən Xidməti Türkmənistanın diqqət mərkəzində olan kütləvi informasiya vasitələrindən biridir ", – Tuxbatullin bildirib.

RSF-nin 2018 Dünya Mətbuat Azadlığı Indeksində Türkmənistan 180 ölkə arasında 178-ci sıradadır.

CPJ-nin məlumatına görə, Türkmənistan hökuməti "ölkənin yeganə dövlət provayderi vasitəsilə İnternetə sıx nəzarət edir və tənqidi veb saytları, sosial media və WhatsApp və Siqnal kimi mesajlaşma proqramlarını blok edib”.

Ana səhifəDünyaTürkmənistandan müstəqil jurnalistlərə edilən təzyiqləri dayandırmaq tələb olunur