Suriyada gərginlik: 2 türk əsgəri şəhid oldu, ən azı 60 mülki şəxs həyatını itirdi

Suriyada gərginlik:60 dan çox insan həyatını itirdi

Source:

Suriyanın Əl Bab şəhərində minaların təmizlənməsi əməliyyatı zamanı iki türk əsgəri şəhid olub, üç əsgər isə yaralanıb.

“CNNTürk”ün məlumatına görə, Əl Bab şəhərinin Susyan kəndində isə Azad Suriya Ordusunun qərargahına bomba yüklü avtomobillə hücum olub. Nəticədə əksəriyyəti mülki şəxs olmaqla 60 nəfər həyatını itirib, ən azı 100 nəfər yaralanıb.

Partlayışda çox sayda avtomobil və motosiklet də  yanaraq yararsız hala düşüb. Partlayışa görə məsuliyyəti İŞİD terror qruplaşması üzərinə götürüb.

Ana səhifəDünyaSuriyada gərginlik: 2 türk əsgəri şəhid oldu, ən azı 60 mülki şəxs həyatını itirdi