Son sutkada koronavirusa yoluxma sayı 1690 olub

Eyni zamanda, bu günədək 2 826 454, son sutkada isə 9 670 testin aparıldığı bildilib.

Source: Meydan TV


19 nəfər virusdan həyatını itirib

Martın 27-də Azərbaycanda 1690 adam COVID-19 infeksiyasına yoluxub, 713 nəfər müalicə olunaraq evə buraxılıb.

Bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargahın məlumatında qeyd olunub.

Operativ Qərargah analiz nümunələri müsbət çıxmış 19 nəfərin öldüyünü bildirib.

Qərargah Azərbaycanda indiyə qədər 254 370 nəfərin yeni koronavirus infeksiyasına yoluxduğunu xatırladıb:

"Onlardan 235 606 nəfər müalicə olunaraq sağalıb, 3 464 pasiyent ölüb. Hazırda aktiv xəstə sayı 15 300 nəfərdir".

Eyni zamanda, bu günədək 2 826 454, son sutkada isə 9 670 testin aparıldığı bildilib.

Ana səhifəSosialSon sutkada koronavirusa yoluxma sayı 1690 olub