Son sutkada koronavirusa yoluxanların sayı 270 olub

“Hazırda aktiv xəstə sayı 2549 nəfərdir”

Source: Meydan TV


Bir gündə virusdan 2 nəfər həyatını itirib

Fevralın son günü Azərbaycanda 270 adam COVİD-19 infeksiyasına yoluxub, 117 nəfər müalicə olunaraq sağalıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahın yaydığı məlumatda testi müsbət çıxan 2 nəfərin öldüyü bildirilib.

Operativ Qərargah Azərbaycanda indiyə qədər 234 min 537 nəfərin yeni koronavirus infeksiyasına yoluxduğunu qeyd edib:

"Onlardan 228 min 768 nəfər müalicə olunaraq sağalıb, 3220 pasiyent ölüb. Hazırda aktiv xəstə sayı 2549 nəfərdir".

Qərargah ötən müddətdə 2 milyon 598 min 679 testin aparıldığını vurğulayıb: "Bugünkü test sayı isə 7444-dür".

Azərbaycanda bu günə qədər 273,198 nəfər

peyvəndlənib

.


2020-ci ilin bu günü

Azərbaycanda ilk koronavirusa yoluxma qeydə alınıb. Həmin şəxs Rusiya vətəndaşı idi və o, İran İslam Respublikasından Azərbaycana daxil olarkən xəstəliyin əlamətləri müşahidə olunub.

Bir gün sonra "Azərbaycan Hava Yolları" QSC (AZAL) İran İslam Respublikasına uçuşları

dayandırıb

.

Ana səhifəSosialSon sutkada koronavirusa yoluxanların sayı 270 olub