Rəsulzadə haqqında meyxana deyən şəxs məhkəmə qarşısında

Onun ittiham edildiyi Cinayət Məcəlləsinin 234.4.3 maddəsində 5 ildən 12 ilə qədər azadlıqdan məhrumetmə cəzası nəzərdə tutulub.

Source: Specify Source


Cavid Babaşov narkotik satışında ittiham olunur

Azərbaycan Cümhuriyyətinin qurucularından oıan Məhəmməd Əmin Rəsulzadə haqqında meyxana deyən Cavid Babaşov yaxın günlərdə məhkəmə qarşısına çıxarılacaq.

“Cavid Sumqayıtlı” kimi tanınan meyxanaçı Cinayət Məcəlləsinin 234.4.3 (satış məqsədilə külli miqdarda narkotik əldə etmə, daşıma, saxlama) maddəsilə ittiham olunur. Cinayət işinin materiallarında göstərilib ki, 2021-ci ilin mayında Sumqayıt şəhər Polis İdarəsinin əməkdaşları tərəfindən saxlanılan Cavid Babaşovdan 206 qram heroin və elektron tərəzi aşkarlanıb.

Cavid Babaşovun işi üzrə Sumqayıt Şəhər Polis İdarəsində aparılan istintaq araşdırmaları başa çatıb və iş materialları baxılması üçün ağır cinayətlər məhkəməsinə göndərilib.

Təqsirləndirilən meyxanaçının bu ittihama münasibəti, özünü təqsirli bilib-bilmədiyi məlum deyil. Onun ittiham edildiyi Cinayət Məcəlləsinin 234.4.3 maddəsində 5 ildən 12 ilə qədər azadlıqdan məhrumetmə cəzası nəzərdə tutulub.

Cavid Babaşovun Rəsulzadə haqqında meyxanasında bu fikirlər yer alıb:

“Məmməd Əmin Rəsulzadə heykəlindən toz tökülür

Bu boyda dövlət qoyub kişi sizə…”

Ana səhifəSiyasətRəsulzadə haqqında meyxana deyən şəxs məhkəmə qarşısında