Obama yenidən prezident seçilə bilər, bu dəfə Avropa ölkəsində

Obama yenidən prezident ola bilər

Source:

16996807_166905593815585_140991125_n

ABŞ-ın keçmiş prezidenti Barak Obamanın Fransadakı tərəfdarları onun bu ölkədə keçiriləcək prezident seçkilərində namizədliyini irəli sürmək istəyirlər.

“ABC News” telekanalının məlumatına görə, Parisdə üzərində “Obama17” yazısı və onun şəkli, eləcə də obama2017.fr saytının linki olan plakatlar görünüb.

Bu ideyanın təşəbbüskarları fransızlardan ABŞ-ın keçmiş liderinin Fransada prezident seçkilərində iştirak etməsi üçün müvafiq petisiya imzalamağı xahiş edirlər. Təşkilatçılar istəklərinin yerinə yetməsi üçün 1 milyon imza toplanmasının zəruri olduğunu bildiriblər.

Eyni zamanda, telekanal vurğulayıb ki, qanuna görə, Fransa prezidenti bu ölkənin vətəndaşı olmalıdır və Barak Obamanın belə hüququ yoxdur.

Ana səhifəDünyaObama yenidən prezident seçilə bilər, bu dəfə Avropa ölkəsində