Nazpəri Dostəliyevanın oğlu vəfat edib

Əli Quliyevin ürəktutmasından öldüyü bildirilir

Source: APA


Əli Quliyevin ürəktutmasından öldüyü bildirilir

Xalq artisti Nazpəri Dostəliyevanın böyük oğlu Əli Quliyev vəfat edib.

İfaçının bacısı, müğənni Zeynəb Dostəliyevanın Meydan TV-yə verdiyi məlumata görə, 1981-ci il təvəllüdlü Əli Quliyev bir saat öncə ürəktutmasından keçinib:

“Gözlənilmədən oldu, danışıb-gülürdü. Qəfil vəziyyəti ağırlaşdı, heç nə edə bilmədik. Əlinin heç bir xəstəliyi yox idi”.

Zeynəb Dostəlyeva deyib ki, Əli Quliyev Qobustanda yerləşən qəbristanlıqda dəfn olunacaq.

Ana səhifəSosialNazpəri Dostəliyevanın oğlu vəfat edib