“Milis yoxdur” – Gürcüstanda polis zorakılığına qarşı etiraz edirlər

shutterstock.com/EvaL Miko

Gürcüstanda polis həddi-büluğa çatmayanı döyüb

JAMnews-un materialı

Bu gün eyni vaxtda Tbilisi, Zuqdidi, Batumi, Qori və Telavidə etiraz aksiyaları keçirilib. Aksiyaları Gürcüstanın əsas müxalif partiyası Vahid Milli Hərəkat təşkil edib. Aksiya iştirakçıları polis əməkdaşlarının zorakılığına qarşı etiraz edirlər. Onlar bəyan edirlər ki, iki polis əməkdaşının həbsi ümumilikdə vəziyyəti dəyişməyəcək və sistemli dəyişikliklər lazımdır.  

Vətəndaşların etirazına səbəb yanvarın 24-ü mediada yayımlanan videoçarx olub. Həmin videoçarxda polis həddi-büluğa çatmayanın boynunun ardına yumruq vurur və saçlarından yapışıb sürüyür. Qurbanın qışqırıqları, həmçinin dostunun səsi eşidilir. Oğlan dostunun lal-kar olduğunu və polisin suallarına cavab vermə bilmədiyini söyləyir.

Polis cavab verir: “O lal-kardır?! Bəs mən onu danışmağa məcbur etsəm necə?!” Sonra oğlanı döyməyə davam edir. İstintaqın müəyyənləşdirdiyi kimi, hadisə yanvarın 23-ü saat 20:00-21:00 radələrində “İsani” metrostansiyasında baş verib.

Zərərdidə – əlilliyi olan 17 yaşlı həddi-büluğa çatmamış yeniyetmədir. O, metroda qardaşı və dostu ilə gedirmiş. Patrul xidməti həddi-büluğa çatmayanı eskalatorda saxlayıb, polis otağına aparıb və orada döyüb. Hadisə zamanı içəridə daha bir polis olub.    

Daha sonra Dövlət İnspeksiya Müfəttişliyi hər iki polis əməkdaşını saxlayıb.

Etiraz aksiyasının iştirakçıları əllərində “Zorakılığa son”, “İnandırma sistemi”, “(Sovet) milisinə yox” yazılı transparantlar tutublar.

Aksiyalara həmçinin xeyli sayda patrul polisi səfərbər edilib. Zuqdudidəki vəziyyət bir neçə dəfə gərginləşib, belə ki, polislər aksiya iştirakçılarına səkidə yazılar yazmağa imkan verməyib.

Polisin qeyri-insani davranışı və şərəf-ləyaqəti alçaltma davranışı sübuta yetirilərsə, onu beş ildən səkkiz ilədək azadlıqdan məhrum etmə cəzası gözləyir. Hadisənin şahidi olan həmkarı isə günahı subuta yetirildiyi halda ya cərimələnəcək, ya azadlığı altı aydan iki ilədək məhdudlaşdırılacaq, ya da üç ilədək azadlıqdan məhrum ediləcək.

Polis ilk dəfə deyil ki, həddi-büluğa çatmayanlara münasibətdə qanunu pozur. Ən səs-küylü işlərdən biri 15 yaşlı Luka Siradzenin başına gələnlər idi. Yeniyetmə polisdə sorğu-suala çəkildikdən sonra intihar edib. Bu cinayət işi üzrə müstəntiq Mariana Çoloyan həbs olunub. O, yeniyetməyə təzyiq etməkdə günahlandırılıb. Qadın daha sonra həbs cəzası bitməmiş azadlığa buraxılıb.  

Ana səhifəDünya“Milis yoxdur” – Gürcüstanda polis zorakılığına qarşı etiraz edirlər