KTMT hərbçiləri Qazaxıstanda nə edə bilərlər və nə etdilər?!

Olqa Loqinova/vlast.kz

“Novaya Qazeta”nın qısa ekspleyneri

Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı (KTMT) qoşunları Qazaxıstanadək iştirakçı ölkə ərazisində yaranmış vəziyyətə heç vaxt, üstəlik hələ bu cür irimiqyaslı müdaxilə etməyib.

Onlar orada nə edə bilərlər və artıq nə ediblər – “Novaya Qazeta”nın qısa ekspleyneri

Qazaxıstan prezidenti Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) missiyasını uğurla başa çatdırdığını elan edib. Qoşunların ölkədən mərhələli çıxarılması yanvarın 13-ü başlayacaq. Xatırladaq ki, rusiyalı sülhməramlılar Qazaxıstana yanvarın 6-ı yollanıblar. Kollektiv təhlükəsizlik qüvvələrinin yeridilməsini bundan bir gün əvvəl prezident Qasım-Jomart Tokayev xahiş edib. Belə ki, yanvarın 2-də ölkədə başlamış iğtişaş və ümummilli qaz etirazları fonunda – “terror təhlükəsinin öhdəsindən gəlmək üçün yardım” lazım olub. Bazar ertəsi, yanvarın 10-da KTMT-nin onlayn konfransında təşkilatın üzvü olan ölkələrin rəhbərləri qonşulara göndərilən kontingentin sayını, nəhayət, açıqlayıb.

KTMT-i kim və nə üçün yaradıb

Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı (KTMT) 2002-ci ildə altı ölkənin – Rusiya, Ermənistan, Qazaxıstan, Qırğızıstan, Tacikistan və Özbəkistanın liderlərinin 10 il əvvəl imzaladığı pakt çərçivəsində meydana gəlib. Müqaviləyə həmçinin Belarus, Azərbaycan və Gürcüstan qoşulub, tezliklə isə son iki ölkə və Özbəkistan onu tərk edib.

Hazırda KTMT-nin tərkibi belədir:

  • Rusiya
  • Ermənistan
  • Qazaxıstan
  • Qırğızıstan
  • Tacikistan

Sənədi imzalayan dövlətlər hər bir iştirakçı ölkənin suverenliyi, təhlükəsizliyi, sabitliyi və ərazi bütövlüyü təhlükəyə məruz qaldığı təqdirdə bir-birini dəstəkləmək haqda razılığa gəliblər. Əgər onlardan biri xaricdən təcavüz və ya qeyri-qanuni qruplaşmalar və quldur dəstələrinin hücumu ilə qarşılaşarsa, yerdə qalan dövlətlər dərhal konsultasiyaya başlamalı, sonra isə hərbi də daxil olmaqla istənilən köməyi təqdim etməyi öhdəsinə götürür.

Qazaxıstan hakimiyyəti etiraz edənləri “quldur” və ya “döyüşçü” elan etməklə faktiki olaraq KTMT-nin nizamnaməsinin maddələrindən birini “işə salıb”. Həmin maddə digər ölkələrin qoşunlarını köməyə çağırmağa imkan verir.

“Əgər iştirakçı dövlətlərdən biri təcavüzə məruz qalarsa, […] bu hazırki Müqavilənin bütün iştirakçı dövlətlərinə qarşı təcavüz kimi qiymətləndiriləcək, – bu, KTMT-nin NATO müqaviləsinin 5-ci maddəsinə bənzər əsas fəaliyyət prinsipidir.

KTMT-nin Kollektiv Operativ Cavab Qüvvələri (KOCQ) adlı ümumi hərbi kontingenti mövcuddur. Rusiya tərəfindən ora İvanovsk 98-ci qvardiya hava-desant diviziyası və Ulyanovsk 31-ci ayrı qvardiya desant-hücum briqadası daxildir. Bundan başqa, kollektiv təhlükəsizlik sisteminə sülhməramlı qüvvələr, kollektiv aviasiya qüvvələri, həmçinin regional qruplar (məsələn, Belarusda olduğu kimi) daxil edilib. Qruplaşmalara iştirakçı ölkələrin xüsusi təyinat bölmələri, polis, milli qvardiya, xüsusi xidmətlər və FHN qüvvələri də daxildir.

Qazaxıstanadək KTMT-yə bu yaxınlarda Tacikistan müraciət edib.  Ötən yay ölkə rəhbərliyi Əfqanıstanla sərhəddə mühafizənin gücləndirilməsilə ilə bağlı kömək istəyib. Xatırladaq ki, Rusiyada terrorçu təşkilat kimi tanınan və qadağan edilən “Taliban” hərəkatının döyüşçüləri Əfqanıstan ərazisini nəzarət altına alıb.

Tokayev “xarici təcavüz” ucbatından KTMT qüvvələrinin Qazaxıstana yeridilməsini xahiş edəndə kimin və hansı sayda Qazaxıstan prezidentinə köməyə yollanacağı məlum deyildi.

İlk sülhməramlılar Qazaxıstana göndərildikdən dörd gün sonra iştirakçı ölkələrin nümayəndələri Kollektiv Təhlükəsizlik Şurasının növbədənkənar sessiyasına toplaşdılar. Tokayev, Rusiya Prezidenti Vladimir Putin, Ermənistanın Baş naziri Nikol Paşinyan, Belarus Prezidenti Aleksandr Lukaşenko və Qırğızıstanın Baş naziri Akılbek Japarov onlayn rejimdə sülhməramlılarla bağlı vəziyyəti müzakirə edib.

Görüşdə heç kim sülhməramlı kontingentin Qazaxıstanda nə qədər qalacağını dəqiq söyləməyib. KTMT sədri Nikol Paşinyan bəyan edib ki, qoşunlar ölkənin strateji obyektlərinin mühafizəsi üçün “məhdud müddətə” yeridilir.

Hazırda Qazaxıstanda KTMT-nin 2300 (3600-dən) sülhməramlısı və 250 texnikası var ki, onlar Nur-Sultan, Almatı və Almatı vilayətində yerləşdirilib. Komanda məntəqəsi etirazlar nəticəsində zərər çəkmiş Almatı şəhərindədir. Bu, KTMT-nin ilk sülhməramlı missiyasıdır. Tokayevin dediyinə görə, o, artıq effektli olduğunu sübuta yetirib.

Rusiyalı sülhməramlılar Almatı hava limanını, Belarus sülhməramlıları Almatı vilayətində Jetıgen aerodromunu, qırğız sülhməramlıları isə Almatı İEM-2-ni mühafizə edir.

“Döyüşçülər paytaxta üç hərbi-nəqliyyat təyyarəsinin gəldiyini öyrəndikdən sonra prezident iqamətgahını ələ keçirmək planından vaz keçib”, – Tokayev xəbər verib.

Bundan əvvəl “Vedomosti” mənbəyə əsaslanaraq xəbər verib ki, Qazaxıstanda rusiyalı hərbçilərin sayı 5000-i ötmür. Bununla yanaşı, KTMT KOCQ öhdəliyində cəmi 18000 əsgər və zabir var. Belarusdan olan vitebskli rotanın desantları Jetıgen hərbi aerodromunda və Almatı yaxınlığındakı hərbi sursat arsenalında mövqe tutub. Belarus hərbçiləri buraxılış məntəqələrində sənədlərin yoxlanılması, insanlara və texnikaya baxışla məşğuldurlar. Bununla belə, Belarus ordusunun yaydığı videoda vitebskli desantlar nəyə görəsə qazax polislərinin sənədlərini yoxlayırlar.

24.kg-nin xəbər verdiyinə görə, Qırğızıstandan gələn150 sülhməramlı özü ilə  8 ədəd zirehli tank və 11 ədəd avtomibil texnikası gətirib. Təxminən daha 200 hərbiçi Qazaxıstana Tacikistandan, 100-dən artıq isə Ermənistandan gəlib. Rəsmi məlumatlara görə, KTMT ölkə kontingenti etirazların yatırılmasında iştirak etməyib. Kollektiv Təhlükəsizlik Müqaviləsində sülhməramlıların belə bir funksiyası nəzərdə tutulmayıb. Kremldə hələ ki sülhməramlıların Qazaxıstanda, hətta Baykonur kosmodromunda daimi dislokasiyası nəzərdən keçirilmir. Rusiyalı sülhməramlıların Dağlıq Qarabağda olduğu kimi, bölmələrin rotasiya əsasında dəyişdirilib-dəyişdirilməyəcəyi həmçinin məlum deyil.

Tokayev bəyan edib ki, hazırda konstitusiya nizam-intizamı bərpa edilib, ölkənin təhlükəsiliyinə qarşı təhdidin qarşısı alınıb, cinayətlərdə iştirak edən şəxslərin müəyyən edilməsi üzrə iş aparılır. “Polis orqanlarına 8000-dən artıq şəxs gətirilib, onların terror aktlarına aidiyyəti yoxlanılır”, – o deyib.

“Görünən iştirakın təminatı”: sülhməramlılar Qazaxıstanda nə edə bilərlər

Rusiya kontingetinin tərkibinə İvanovsk 98-ci hava-desant diviziyasının bölmələri, Ulyanovsk 31-ci hava-desant qoşunlarının ayrı briqadası, həmçinin hava-desant qoşunlarının xüsusi təyinatlıları 45-ci ayrı briqasının döyüşçüləri daxildir. 45-ci briqada Rusiya hərbi qüvvələrinin ən elit bölmələrindən biri sayılır: onun döyüşçüləri Çeçenistanın hər iki müharibəsində, 2008-ci ildə Rusiya-Gürcüstan münaqişəsində, həmçinin 2014-cü ildə Krımın birləşdirilməsi Rusiya əməliyytında iştirak edib.

Onlar hərbi teknikanın qeyri-leqal daşınmasının qarşısını almalı, tibbi kömək göstərməli və “görünən iştirakın təminatı yolu ilə” təhlükəsizlik şəraiti yaratmalı – bir sözlə, qoşun kimi aktiv fəaliyyət göstərməməlidir.

Rusiyalı sülhməramlılar 2020-ci ilin noyabrında münaqişə edən tərəflər – Ermənistan və Azərbaycan atəşkəs haqda razılığa gəldikdən sonra tanınmamış Dağlıq Qarabağ ərazisinə daxil olub. Orada 15-ci motoatıcı briqadanın (Rusiyada yeganə son dərəcə sülhməramlı bölmə) iki minə yaxın döyüşçüsü, minadan təmizləmə mərkəzinin hərbi qulluqçuları və hava kosmik qüvvələrin vertolyotları var. Hazırda onlar atəşkəs rejiminə riayət olunmasına nəzarət edir, ərazini minalardan təmizləyir və Laçın dəhlizindən təhlükəsiz keçidi təmin edir – blok məntəqələrində sənədləri yoxlayır, maşınları nəzərdən keçirirlər. Bundan başqa, sülhməramlılar müharibədən sonra Dağlıq Qaraağın ərazisi bölünərkən Azərbaycan hakimiyyətinin nəzarəti altında olan Dadivank erməni monastırının mühafizəsini çəkir.

Sülhməramlılar Qarabağa uzadılma ehtimalı ilə beş il müddətinə yeridilib və bir illik missiya ərzində bir dəfə də olsun fəal hərbi fəaliyyətə cəlb olunmayıb. Sadəcə rusiyalı hərbi qulluqçuların ərazini minalardan təmizləyərkən itki verməsi barədə məlumdur.

Hərçənd Rusiyanın Dağlıq Qarabağda missiyası KTMT çərçivəsində həyata keçirilmir, onun fəaliyyəti Putin, Paşinyan və Azərbaycan prezidenti İlham Əliyevin imzaladığı üçtərəfli müqavilə ilə nizamlanır.

Qazaxıstanda KTMT sülhməramlıları qarşısında kifayət qədə praktik vəzifələr durub: məsələn, rusiyalı hərbçilər Almatıda ləngimiş rusiyalıları hava limanına ötürüb, onların Vətənə qayıtmasına şərait yaradıb. Hərbçilər Vətənə, demək olar ki, 1500 adam təxliyə edə bilib (1600 arzu edəndən) – onlar hərbi-nəqliyyat aviasuyasının təyyarələri ilə uçublar.    

KTMT-nin növbədənkənar sessiyasında daha nə müzakirə edilib?

Tokayev və Kollektiv Təhlükəsizlik Müqavilə Təşkilatının baş katibi Stanislav Zasyanın çıxışından sonra Belarus prezidenti Aleksandr Lukaşenko söz alıb. O, Əfqanıstan, Suriya, Liviya və Belarusu xatırlayan Lukaşenko KTMT qüvvələrinin potensialını artırmağa çağırıb.

“Sülhməramlı kontingentinin işğalçı kimi qələmə verilməsinə imkan vermək olmaz. Biz bu cür cəhdlərin edildiyinin artıq görmüşük. Biz işğalçı deyilik, biz ora öz arzumuzla getməmişik”, – o bəyan edib.

Lukaşenko xəbərdar edib ki, Qazaxıstan ssenarisi 2012-ci ildə təşkilatdan tamamilə çıxan Özbəkistanda təkrarlana bilər. “Burdan haqqında çox danışılan dərsdən hamı nəticə çıxarmalıdır, buna görə üzr istəyirəm, hər şeydən öncə də, Özbəkistan. Əgər nəticə çıxarılmayacaqsa, bizdə olan məlumata görə, onların (terrorçuların) nəzərləri artıq Özbəkistandadır”, – o deyib.

Sessiyanın gedişatında sərhədlə bağlı təhlükə mövzusunu Vladimir Putin də qaldırıb. O hesab edir ki, Qazaxıstanda “maydan texnologiyaları” tətbiq edilib.   

“Qazaxıstandakı hadisələr xaricdən ilk və son müdaxilə cəhdi deyil. (…) Biz göstərdik ki, evimizdəki vəziyyəti qurdalamağa, rəngli inqilablar ssenarisini gerçəkləşdirməyə imkan vermərik”.

Ana səhifəDünyaKTMT hərbçiləri Qazaxıstanda nə edə bilərlər və nə etdilər?!