İyunun 10-da Səbail Rayon Məhkəməsində Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədri Əli Kərimli və partiyanın Rəyasət Heyətinin üzvü Məmməd İbrahim barəsində seçilmiş həbs qətimkan tədbirinin uzadılmasından verilən şikayətə baxılıb.
Məhkəmə şikayəti təmin etməyib. Qərara əsasən, Əli Kərimli və Məmməd İbrahimin həbs müddəti daha 5 ay uzadılıb.
Bundan əvvəl, fevralın 9-da Əli Kərimlinin həbs müddəti 4 ay müddətinə uzadılmışdı.
AXCP sədri Əli Kərimli və Məmməd İbrahim noyabrın 29-da saxlanılıblar.
Onlara qarşı dekabrın 1-də Cinayət Məcəlləsinin 278.1-ci maddəsi ilə (hakimiyyəti zorla ələ keçirməyə, dövlətin konstitusiya quruluşunu zorla dəyişdirməyə yönələn hərəkətlər) ittiham irəli sürülüb.
Həmin gün Səbail Rayon Məhkəməsi hər iki siyasətçi barəsində həbs qətimkan tədbiri seçib.
Hökumətyönlü media onların Ramiz Mehdiyev işi ilə bağlı həbs olunduğunu yazır.