Kerri Əliyevə deyib ki…

Vaşinqton Azərbaycanda müstəqil səsləri dəstəkləməyə davam edəcək”

Source:


“Vaşinqton Azərbaycanda müstəqil səsləri dəstəkləməyə davam edəcək”

Yanvarın 12-də Vaşinqtonda Azərbaycanda insan hüquqlarının vəziyyətinə dair dinləmələr keçirilib. Müzakirə iştirakçıları ümumi fikrə gəliblər ki, ABŞ müstəqil səsləri dəstəkləməyə davam edəcək,  eyni zamanda ölkə hakimiyyəti ilə münasibətləri yaxşılaşdırmaq cəhdlərinə son verməyəcək.

“Biz Azərbaycanla hökumət səviyyəsində daha fəal əməkdaşlıq istəyirik”, – ABŞ dövlət katibinin demokratiya və insan hüquqları üzrə köməkçidi Tomas Melia  bildirib.

“Vacib olan budur ki, Azərbaycan hökumətindəki  tərəfdaşlarımız bizim maraqlarımızın əslində nədən ibarət olduğunu anlasınlar – biz Azərbaycan üçün sabitlik və rifah istəyirik və düşünürük ki, bunun yolu müstəqil səslərə maksimum hörmətdən,  onlara müasir cəmiyyətdə etmək istədiklərini həyata keçirmək üçün imkan yaratmaqdan keçir”, – o bildirib.

Müzakirələr Demokratiyaya Milli Dəstək Fondu (NED) tərəfindən təşkil edilib və “Azərbaycanda müstəqil səslərin susdurulması” adlanıb.

Tədbir iştirakçıları diqqəti həbslərə, ictimai fəalların və KİV təmsilçilərinin təqib olunmasına, ölkədə fəaliyyət göstərən qərb QHT-lərin bağlanmasına yönəldiblər.

Tomas Melia qeyd edib ki, ABŞ və Azərbaycan arasında tərəfdaşlığı artırmaq üçün rəsmi Bakı müstəqil səslərə dözümlülük göstərməlidir. “Ölkə vətəndaşlarının fundamental azadlıqlarını – ifadə və birləşmək azadlığını həyata keçirmək hüququnun tanınması çox  vacibdir”, – T. Melia vurğulayıb.

Tomas Melia daha sonra deyib: “Biz Azərbaycanda baş verənləri çox yaxından izləyirik. ATƏT Nazirlər Komitəsinin toplantısında bir neçə bəyanat olub. Dövlət katibi Con Kerri Ilham Əlievə zəng edərək, Azərbaycanda ABŞ təşkilatlarına, eyni zamanda, yerli müxalifətə basqılardan narahatlığını bildirib. ABŞ Azərbaycanın suverneliyini və müstəqilliyini tanıyır və bunu qoruyub saxlamağa kömək edir. Müstəqil, demokratik Azərbaycan ABŞ-ın və dünyanın yaxşı müttəqifi ola bilər. Söz azadlığı, sərbəst toplaşma azadlığı vacibdir və olmalıdır. Biz yüksək səviyyədə hakimiyyətlə əlaqədəyik və çalışırıq ki, yol tapaq və davam edək. Yaxın həftələrdə Senat da yeni səfiri təsdiqləyəcək və o, vəzifəsinin icrasına başlayacaq. Bu da bizə yeni imkanlar yaradacaq. Biz ”Azadlıq” radiosunu və başqa təşkilatları var gücümüzlə müdafiə edəcəyik. Insanlar azad danışmaq imkanı əldə etməlidir”.

ABŞ-ın Azərbaycandakı yeni səfiri Robert Sekyuta bir neçə həftədən sonra  hakimiyyətlə dialoqa başlamaq üçün Bakıya gələcək.  Bu, eləcə də Vaşinqtonun digər nümayəndələrinin Bakıya səfərləri gələcək əməkdaşlıq üçün mühüm məqam olacaq.

“Azadlıq” radiosunun bağlanması ətrafında  vəziyyətə toxunan Melia eyd edib ki, Vaşinqton radiostansiyanı dəstəkləməyə davam edəcək və “bunu mümkün olduğu qədər güclü edəcək”.

“Azadlıq” radiosunun Azərbaycan xidmətinin rəhbəri Kənan Əliyev xatırladıb ki, Azərbaycan çoxdandır ki, sistematik şəkildə beynəlxalq KİV və QHT-ləri təqib edir,  Rusiyada olduğu kimi, KİV-i tam nəzartinə götürmək istəyir.

Son vaxtlar Azərbaycan hakimiyyəti faktiki olaraq İREX, Milli Demokratiya İnstitutu, Sülh Korpusu  kimi Amerika təşkilatlarını ölkədən  çıxarıb.

Başqa məruzəçi-  Bakı Dövlət Universitetinin professoru Altay Göyüşov qeyd edib ki, bütün bu proseslər Azərbaycanın  Avropa Şurası Nazirlər Komitəsinin sədrliyi fonunda baş verib.

“Avropa Şurasına daxil olmazdan əvvəl Azərbaycan daha demokratik idi və bu təşkilata üzvlük Azərbaycanı dəyişmədi,  əksinə, Azərbaycan hakimiyyəti Avropa Şurasını dəyişdi”, – A.Göyüşov vurğulayıb.

Onun fikrincə, qanunun aliliyinin olmaması dini radikallara yol açır və bu, çox təhlükəlidir.

Rusiya və Avrasiyada NED layihələrinə rəhbərlik edən Miriam Lanskoy Azərbaycandakı vəziyyətdən danışarkən ağlayıb: “Çox düşünürəm ki, niyə bu hadisələr baş verir? Azərbaycanda son 10 ildə hər şey pisləşməyə doğru gedib. 90-cı illərə baxsaq, Azərbaycan da Gürcüstan və Ermənistanla paralel gedirdi. Indi isə Özbəkistanla paralel gedir. Azərbaycanın ən gözəl jurnalistləri, ən gözəl alimləri, ən gözəl aktivistləri həbsxanaya atılır. Intiqam Əliyev avqustda həbs olunanda demişdi ki, mən də yaxşı insanlar olan yerə gedirəm. Niyə yaxşı adamlar həbsə atılır? Günahsız insanlar əzilir?..”

Bu yerdə Miriam Lanskoy göz yaşlarını saxlaya bilməyib…

Ana səhifəXəbərlərKerri Əliyevə deyib ki…