Azərbaycanlı “Eyzi” ləqəbli reper 15 sutka həbs edilib

“Eyzi” VS “Khan” – Foto: Kəllə-Kəlləyə Instagram hesabı

“Eyzi” ləqəbi ilə tanınan reper Kənan Xanlar oğlu Muğumov 15 sutka müddətinə inzibati qaydada həbs edilib.

Bu barədə onun reper dostu, “Epi” ləqəbi ilə tanınan Əkbər Novruzlu “Instagram” sosial şəbəkə hesabında məlumat yayıb.

Əkbər Novruzlu paylaşımında məhkəmə qarşısında olduqlarını və “Eyzi”nin 15 sutka müddətinə həbs edildiyini qeyd edib. O, reperin cəzalandırılmasının “Kəllə-Kəlləyə” layihəsinin “360 dərəcə” seriyası çərçivəsində “Khan” ləqəbli digər reperlə rep deyişməsi (battle) zamanı səsləndirdiyi söyüş və qeyri-etik ifadələrlə bağlı ola biləcəyini ehtimal edib.

Sözügedən buraxılışda “Eyzi” “Khan” ləqəbli reperlə qarşılaşaraq öz performansını nümayiş etdirib.

Hadisənin dəqiq səbəbi və reperin hansı inzibati xəta üzrə məsuliyyətə cəlb edilməsi ilə bağlı hələlik rəsmi məlumat açıqlanmayıb.

Ana səhifəXəbərlərAzərbaycanlı “Eyzi” ləqəbli reper 15 sutka həbs edilib