Kəmalə Bənənyarlı və Tural Abbaslının şikayəti təmin olunmadı

Vəkil Əsabəli Mustafayev bildirib ki, Kəmalə Bənənyarlıda döyülmə zamanı beyin silkələnməsi baş verib

Source:


Vəkil Əsabəli Mustafayev bildirib ki, Kəmalə Bənənyarlıda döyülmə zamanı beyin silkələnməsi baş verib

Mayın 16-da Bakı Apellyasiya Məhkəməsi NİDA fəalları barəsində hökmə qarşı aksiyada iştiraka görə 30 və 15 gün müddətinə həbs edilmiş AXCP fəalı Kəmalə Bənənyarlının və Müsavat Partiyası liderinin müşaviri Tural Abbaslının apellyasiya şikayətlərini təmin etməyib.

Vəkil Əsabəli Mustafayevin “Turan İA”-a verdiyi məlumata görə, məhkəmə Kəmalə Bənənyarlının Nəsimi rayon polis şöbəsində işgəncəyə məruz qalması haqqında şikayətini diqqətə almayıb.

Onun sözlərinə görə, fəalın vəziyyəti ağır olaraq qalır və ona səmərəli tibbi yardım göstərilmir. Vəkil hesab edir ki, Kəmalə Bənənyarlı çox güman ki, döyülmə zamanı beyin silkələnməsi baş verib və təcridxanada müalicəsi mümkün deyil.

Mayın 6-da NİDA fəallarının mühakimə edilməsinə qarşı etiraz aksiyasında iştiraka görə ümumilikdə 5 nəfər inzibati qaydada həbs edilib

Ana səhifəXəbərlərKəmalə Bənənyarlı və Tural Abbaslının şikayəti təmin olunmadı