“Kalmar oyunu”nun yeni seriyalarının nümayiş ediləcəyi tarix bəlli olub

“Kalmar oyunu” . Foto: Hit Stop Media/shutterstock

“İkinci sezon 2024-cü ilin sonunda göstəriləcək”

“Kalmar oyunu” (“Squid Game”) serialının ikinci mövsümünün yayımlanacağı vaxt bəlli olub.

Serialın rejissoru Hwang Dong Hyuk Fransanın Kannda keçirilən beynəlxalq audiovizual məzmun sərgisində deyib ki, serialın ikinci sezonu 2024-cü ilin sonunda göstəriləcək.

O, yeni seriyalar üçün ssenari yazdığını bildirib.

Hwang Dong Hyuk “Kalmar oyunu”nun ilk mövsümünün bütün doqquz epizodunun rejissoru və ssenari müəllifidir.

Serial ötən il Amerikanın “Gotham Awards” müstəqil kino mükafatı tərəfindən “İlin serialı” seçilib.

“Kalmar oyunu” “Netflix”də bu 2021-ci il sentyabrın 17-də yayımlanmağa başlayıb.

Platforma serial nümayişindən 21, 3 milyon dollar qazanıb.

“Kalmar oyunu” serialının qəhramanları uşaq oyunlarının ölümcül təhlükəli versiyasında böyük mükafat məbləği uğrunda mübarizə aparırlar.

Hadisələr Cənubi Koreyanın hər yerindən yüzlərlə marginalların gətirildiyi, adı açıqlanmayan adadakı nəhəng gizli kompleksdə baş verir.

Serialın qəhrəmanları öz istəkləri ilə uşaq oyunlarının ölümcül versiyalarında 45,6 milyard von, yəni 38 milyon dollar məbləğində mükafat uğrunda mübarizə aparırlar.

Sonda bir nəfər sağ qalır və 38 milyon dolların sahibi olur.

Serialın ikinci və üçüncü mövsümlərinin nümayişi də “Netflix” platformasında nəzərdə tutulub.

Ana səhifəMədəniyyət“Kalmar oyunu”nun yeni seriyalarının nümayiş ediləcəyi tarix bəlli olub