İcra Hakimiyyətinin iki işçisi qətl ittihamı ilə həbs edildi

Bildirilib ki, 18 aprel tarixində Cəlilabad rayon sakini 1963-cü il təvəllüdlü Əflatun Abdullayev avtomobili ilə evdən çıxıb və bir daha geri qayıtmayıb

Source: MeydanTV


Baş Prokurorluq: "Onlar müğənnini qəsdən öldürməkdə şübhəli bilinirlər"

Cəlilabad Rayon İcra Hakimiyyətinin Təklə kəndi üzrə nümayəndəsi Famil Mahmudov və Seyidbazar kəndi üzrə nümayəndəsi Zeydulla İsmayılov həbs olunublar.

Onlar Türkiyə vətəndaşı Mehmet Kurtoğlu ilə əlbir olaraq Əflatun Abdullayevi qəsdən öldürməkdə şühbəli bilinirlər.

Bu barədə Respublika Prokurorluğu məlumat

yayıb

.

Bildirilib ki, 18 aprel tarixində Cəlilabad rayon sakini 1963-cü il təvəllüdlü Əflatun Abdullayev avtomobili ilə evdən çıxıb və bir daha geri qayıtmayıb: “Cəlilabad Rayon Polis Şöbəsi bu məlumat əsasında apardığı araşdırma zamanı ağır cinayətin “isti izlər”lə açılmasını təmin edib. Cəlilabad Rayon İcra Hakimiyyətinin Təklə kəndi üzrə nümayəndəsi Famil Mahmudov və Seyidbazar kəndi üzrə nümayəndəsi Zeydulla İsmayılov və Türkiyə vətəndaşı Mehmet Kurtoğlu Əflatun Abdullayevi qəsdən öldürmələrinə və meyitini Sabirabad rayonu ərazisindəki su kanalının kolluq hissəsinə atmalarına əsaslı şübhələr müəyyən ediblər”.

Məlumatda olayla bağlı Cəlilabad rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1 (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlandığı qeyd olunub: “Famil Mahmudov, Zeydulla İsmayılov və Mehmet Ali Kurtoğlu şübhəli şəxs qismində tutularaq istintaqa cəlb ediliblər”.

Ana səhifəSosialİcra Hakimiyyətinin iki işçisi qətl ittihamı ilə həbs edildi