Həsən Kərimov vəfat edib

O, Əbülfəz Elçibəyin prezidentliyi dönəmində Səbail Rayon İcra Hakimiyyətinin başçısı olub

Source:


O, Əbülfəz Elçibəyin prezidentliyi dönəmində Səbail Rayon İcra Hakimiyyətinin başçısı olub

AXCP Ali Məclisinin sədri Həsən Kərimov vəfat edib.

Bu barədə Meydan TV-yə AXCP sədrinin müavini Gözəl Bayramova məlumat verib.

Həsən Kərimovun yolda halı pisləşib, onu dərhal maşınla yaxınlıqdakı klinikalardan birinə aparıblar. Lakin onun həyatını xilas etmək mümkün olmayıb.

O, ürək xəstəliyindən əziyyət çəkirdi.

Həsən Kərimov 1954-cü il mayın 28-də Qazax rayonunun Köçəsgər kəndində anadan olub. O, milli azadlıq hərəkatının öncül şəxslərindəndir.

Əbülfəz Elçibəyin prezidentliyi dönəmində Səbail Rayon İcra Hakimiyyətinin başçısı olub. Sonrakı illərdə AXCP təşkilat şöbəsinin müdiri, partiya sədrinin müavini postlarını tutub, 2009-cu ildə AXCP Ali Məclisinin sədri seçilib.

Ana səhifəXəbərlərHəsən Kərimov vəfat edib