Bu gün, oktyabrın 22-də Bakı Ağır Cinayətlər Məhkəməsində “QHT işi” üzrə təqsirləndirilənlərdən “Hüquq və İnkişaf” İctimai Birliyinin rəhbəri Hafiz Həsənovun cinayət işi üzrə məhkəməsi başlayıb.
Məhkəmə Eldar İsmayılovun sədrliyi ilə keçirilib.
“Hüquq və İnkişaf” İctimai Birliyinin sədri Hafiz Həsənov 2025-ci il martın 14-də saxlanılıb.
O, Cinayət Məcəlləsinin 193-1.3.2-ci (cinayət yolu ilə əldə edilmiş xeyli miqdarda əmlakı leqallaşdırma), 308.2-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə etmə, ağır nəticələrə səbəb olduqda) və 313-cü (vəzifə saxtakarlığı) maddələri ilə ittiham olunur. Bu maddələrdə 12 ilədək həbs cəzası nəzərdə tutulub.
Martın 17-də Binəqədi rayon Məhkəməsinin qərarı ilə onun haqqında ev dustaqlığı qətimkan tədbiri seçilib.
Prosesdə təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşdirilib.
Hafiz Həsənov ona qarşı səsləndirilən ittihamları qəbul etməyib. O, vəsatət verərək işə xitam verilməsini tələb edib.
Məhkəmə vəsatəti təmin etməyib.