Fazil Mustafa: Bakı “gecəqondu” şəhərinə çevrilib

“Bizim qanunsuz nikah məsələsinə baxışımız necə olubsa, qanunsuz evlərə də münasibətimiz elə olmalıdır”.

Foto: Meydan TV


Deputat hökuməti “sənədsiz ev” problemini həll etməyə çağırıb

"Sulutəpədən başlamış fikir versək görəcəyik ki, Bakı bir “gecəqondu” şəhərinə çevrilib”.

Milli Məclisin aprelin 13-də keçirilən iclasında deputat Fazil Mustafa deyib.

O bildirib ki, vaxtilə məmurların özbaşınalığı sayəsində Bakı paylanıb:

“Adətən gecəqondularda regionlardan gəlmiş insanlar yaşayır. Onlar sosial həyat şəraitlərinə görə gəlib burada yaşayır, inək-qoyun saxlayırlar".

F.Mustafa bildirib ki, qanunsuz tikilən evlərlə bağlı problemlər həll olunmalıdır:

“Bizim qanunsuz nikah məsələsinə baxışımız necə olubsa, qanunsuz evlərə də münasibətimiz elə olmalıdır. Bu məsələdə qurumlararası münasibətlər acınacaqlı vəziyyətdədir. Bələdiyyələrin qərarı keçərli deyilsə, onda hansı sənəd burada əsas götürülə bilər? Yüzlərlə qanunsuz sərəncam Şəhərsalma və Arxitektura Komitəsinə miras qalıb. Rayonlarda elə vəziyyət yaradılmalıdır ki, insanlar dədə-baba yurdlarında yaşasınlar. Bu, ciddi problemdir və həllini tapmalıdır”.

Ana səhifəSosialFazil Mustafa: Bakı “gecəqondu” şəhərinə çevrilib