Ermənistan Müdafiə Nazirliyi: 3 istiqamətdə böhran yaşanır-Təhlil

Source:

Aprelin 25-də Ermənistan prezidenti Serj Sarkisyanın fərmanı ilə müdafiə nazirinin maddi-texniki təchizat üzrə müavini Alik Mirzabekian, Baş qərargahın kəşfyyat idarəsinin rəisi  general-mayor Arshak Karapetian, rabitə qoşunlarının – rabitə və avtomatik idarəetmə sistemləri idarəsinin rəisi, general-mayor Komitas Muradian işdən azad ediliblər.

“Xəzər” Hərbi Tədqiqatlar İnstitutunun Meydan TV-yə daxil olan təhlilində bildirilir ki, prezident Sarkisyanın fərmanı Ermənistan Silahlı Qüvvələrinin hazırda 3 istiqamətdə böhran yaşadığını göstərir. Beləliklə, aprelin 2-5-də cəbhə xəttində baş verən hərbi əməliyyatlar Ermənistan Silahlı Qüvvələrinin aşağıdakı əsas çatışmazlıqlarını ortaya çıxarıb:


  • Silahlı Qüvvələrin maddi-texniki təchizatı;

  • Kəşfiyyat fəaliyyəti;

  • Rabitə və avtomatik idarəetmə.

Araşdırmalara görə, hər il Ermənistan Silahlı Qüvvələrinə ayrılan büdcənin (Ermənistanın illik hərbi büdcəsi 400-600 milyon dollar arasında dəyişir) əsas hissəsi – təxminən 80 faizi məhz maddi-texniki təchizata ayrılır. Buraya demək olar ki, ordunun ayaqda qalması üçün hər şey – silahlanma və digər hərbi-texniki təchizat, hərbi xarakterli binalar, sığınacaqlar, mühəndis-istehkam qurğuları, müxtəlif obyektlər, qidalanma, geyim, məvacib və s. daxildir.


Ciddi yeyinti halları ortaya çıxıb

Erməni mənbələrindən verilən məlumata görə, aprelin 2-5-də baş verən əməliyyatlar zamanı Ermənistan Silahlı Qüvvələrinin Dağlıq Qarabağdakı hərbi birləşmələrinin silahlanmasında, qidalanmasında, geyimində və eyni zamanda müxtəlif hərbi obyektlərin (xüsusilə də tibbi bölmələr, hospitallar və s.) durumunda və eləcə də hərbçilərin xidmət şəraitində ciddi problemlər ortaya çıxıb. Bir sıra hərbi hissələrin maddi-texniki təminatının ümumiyyətlə, yolverilməz vəziyyətdə olduğu qeyd olunub. Bütün bu səbəblərdən hərbi əməliyyatlardan dərhal sonra Ermənistan Müdafiə Nazirliyinin maddi-texniki təchizatını həyata keçirən müxtəlif idarə, struktur və birləşmələrində anti-korrup

Alik Mirzabekyan
Alik Mirzabekyan

siya xarakterli yoxlamalara başlanılıb. Ciddi yeyinti hallarının mövcudluğu barədə məlumatlar var. İlkin məlumata görə, qeyd edilən strukturlarda 30-dan artıq hərbi qulluqçu vəzifəsindən çıxarılıb və bəziləri artıq cinayət məsuliyyətinə cəlb olunub. Müdafiə nazirinin maddi-texniki təchizat üzrə artıq keçmiş müavini Alik Mirzabekianın sorğulandığı, ona və ailəsinə ölkəni tərk etmək qadağası qoyulduğu bildirilir.


Azərbaycana məlumat ötürülməsi?

Arşak Karapetyan
Arşak Karapetyan

Bununla belə, kəşfiyyat və rabitə, eyni zamanda avtomatik idarəetmə sahələrində də araşdırmaların başlandığı bildirilir. Verilən məlumatlarda qeyd olunur ki, əsas “narahatlıq yaradıcı məqam” hərbi əməliyyatlar zamanı erməni tərəfinin itkilərinin (həm heyət, həm də texniki) çox olmasıdır. Belə görünür ki, cəbhə xəttində baş verən hərbi əməliyyatlar zamanı kəşfiyyat qruplarının fəaliyyətində ciddi problemlər ortaya çıxıb. Azərbaycan tərəfinin həyata keçirdiyi bəzi hərəkətlərlə bağlı vaxtında xəbər tutulmayıb və bu səbəbdən Azərbaycan tərəfinin zərərsizləşdirilməsi baş verməyib. Cəbhə xəttinin şimal hissəsində – Talış kəndi yaxınlığında baş verən əməliyyatlar zamanı Ermənistan silahlı birləşmələrinin rabitə əlaqəsində ciddi problemlər ortaya çıxıb. “Talış kəndi ətrafında bəzi yüksəkliklərin itirilməsinin əsas səbəbi məhz qoşunların rabitə əlaqəsində ortaya çıxan problemlərlə əlaqəli idi”, – deyə mənbə bildirib.

Eyni zamanda Ermənistan Silahlı Qüvvələri Baş Qərargahının kəşfiyyat idarəsinin fəaliyyəti ilə bağlı müəyyən nüanslar ortaya çıxıb. Məlumata görə, erməni xüsusi xidmət orqanları Ermənistan Müdafiə Nazirliyindən Azərbaycana “informasiya sızıntısı”nın mümkünlüyü ehtimalı üzrə araşdırmalara başlayıb.


Erməni ordusu yenidən qurulacaq?

Komitas Muradyan
Komitas Muradyan

Ümumilikdə araşdırmalar onu göstərir ki, ordunun vacib qolları olan –maddi-texniki təchizat, kəşfiyyat və rabitə qurumlarının rəhbərlərinin vəzifədən çıxarılması Ermənistan Müdafiə Nazirliyinin rəhbərliyinin yenidən formalaşdırılması istiqamətində verilmiş qərardır. Bu isə dolayısı ilə, erməni ordusunun idarəetməsinin və bütövlükdə ordunun özünün yenidən qurulması anlamına gələ bilər. Bununla da yaxın bir ay ərzində Ermənistan Müdafiə Nazirliyində onlarla yüksək rütbəli zabitin vəzifəsini itirəcəyini, xeyli sayda zabitlərin məsuliyyətə alınacağını gözləmək olar.

Ana səhifəAnalitikaErmənistan Müdafiə Nazirliyi: 3 istiqamətdə böhran yaşanır-Təhlil