DTX: Rasim Məmmədov külli miqdarda vəsaiti mənimsəyib

DTX bildirib ki, Rasim Məmmədovun bu əməlləri ilə “Baku Steel Company” MMC-nin maliyyə ehtiyatlarına və davamlı fəaliyyətinə mühüm ziyan vurmasına, həmçinin müxtəlif şəxslərdən külli miqdarda pul vəsaitini aldatma və etibardan sui-istifadə etməklə ələ keçirib təkrar dələduzluq əməllərini törətməsinə əsaslı şübhələr müəyyən olunub

Rasim Məmmədov. Foto: Haqqın.az


Onun dələduzluğa yol verdiyi bildirilir

“Rasim Məmmədov səlahiyyətlərindən qulluq mənafelərinə qəsdən zidd olaraq istifadə edib rəsmiləşdirilmiş satış üzrə müəssisəyə mədaxil edilmiş pul vəsaitlərindən 13 milyon 200 min manatı mənimsəmə yolu ilə talayıb, 42 milyon manat dəyərində istehsal olunan məhsulu israf edib”.

Bu açıqlamanı Dövlət Təhlükəsizlik Xidməti (DTX) fevralın 3-də

yayıb

.

DTX bildirib ki, Rasim Məmmədovun bu əməlləri ilə “Baku Steel Company” MMC-nin maliyyə ehtiyatlarına və davamlı fəaliyyətinə mühüm ziyan vurmasına, həmçinin müxtəlif şəxslərdən külli miqdarda pul vəsaitini aldatma və etibardan sui-istifadə etməklə ələ keçirib təkrar dələduzluq əməllərini törətməsinə əsaslı şübhələr müəyyən olunub:

“Rasim Məmmədov Cinayət Məcəlləsinin 308.2-ci (ağır nəticələrə səbəb olan vəzifə səlahiyyətlərindən sui-istifadə), 179.4-cü (xüsusilə külli miqdarda ziyan vurmaqla mənimsəmə və israf etmə), 178.3.2-ci (külli miqdarda ziyan vurmaqla dələduzluq) maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb olunaraq barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib”.

“Baku Steel Company”nin rəhbəri Rasim Məmmədov yanvarın 28-də həbs edilib.

Ana səhifəSiyasətDTX: Rasim Məmmədov külli miqdarda vəsaiti mənimsəyib