Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) həbsdə olan fəalı Elnur Həsənov saxlanıldığı 6 saylı Cəzaçəkmə Müəssisəsinin əməkdaşları tərəfindən zorakılığa məruz qalıb.
Bu barədə Elnur Həsənov sentyabrın 3-də Bakı Apellyasiya Məhkəməsində vaxtından əvvəl azadlığa çıxması barədə verdiyi şikayət üzrə keçirilən məhkəmə prosesində danışıb.
O bildirib ki, iyulun 30-dan sonra qapalı tipli həbsxanadan 6 saylı Cəzaçəkmə Müəssisəsinə köçürülüb və orada davamlı olaraq işgəncələrə məruz qalıb. Həsənov deyir ki, işgəncəyə son verilməsi üçün özünə xəsarət yetirib.
Bundan sonra fəal aclıq aksiyasına başlayıb və səhhətinə ciddi zərər vurub. Elnur Həsənov məhkəmədəki çıxışında bildirib ki, sentyabrın 2-də işgəncələrə etiraz olaraq xaç formasında dəmir parçası udub.
Apellyasiya məhkəməsi şikayəti təmin etməyərək birinci instansiya məhkəməsinin qərarını qüvvədə saxlayıb.
Elnur Həsənov 2023-cü noyabrın 28-dən narkotik vasitələrin qanunsuz dövriyyəsi ittihamı ilə həbs edilib. 2024-cü il avqustun 2-də Bakı Ağır Cinayətlər Məhkəməsi onu 3 il müddətinə azadlıqdan məhrum edib. Həsənov ittihamı qəbul etmir və həbsinin siyasi motivli olduğunu bildirir.