Brent markalı neftin qiyməti 49 dollara yaxınlaşır

“Hazırkı şəraitdə bazara hər hansı müdaxilələrlə onu qiymət stabilləşdirilməsinə məcbur etmək düzgün deyil”

Source:


“Hazırkı şəraitdə bazara hər hansı müdaxilələrlə onu qiymət stabilləşdirilməsinə məcbur etmək düzgün deyil”

“Qara qızıl” yanvarın 12-i, bazar ertəsi səhərdən dünya birjalarında yenidən ucuzlaşmağa başlayıb. London birjasında

Caspian Barrel

-in “Bloomberg” agentliyinə istinadən yayadığı məlumata görə, Brent markalı neftin bir barelinin qiyməti 1,64 faiz ucuzlaşaraq 49,29 dollara qədər enib.

Neft yeddinci aydır durmadan enişdədir. “Goldman Sachs”-ın analitikləri hesab edirlər ki, neftin qiymətləri hələ bundan sonra da ucuzlaşmaqda davam edəcək. Və qiymətlərin aşağı səviyyədə qalması o qədər davam edəcək ki, şist neft hasilatına bu qiymət çərçivəsində investisiyaların yatırılması dayandırılsın və bazar özü qiymətlərin tənzimlənməsini həyata keçirsin. Ona görə də hesab edirlər ki, hazırkı şəraitdə bazara hər hansı müdaxilələrlə onu qiymət stabilləşdirilməsinə məcbur etmək düzgün deyil.

Ana səhifəXəbərlərBrent markalı neftin qiyməti 49 dollara yaxınlaşır