“Biz çıxan kimi mərmi həyətə düşdü”

Zümrüd Səfədova deyir ki, həyətində tikili dağılıb, evnin tavanı uçub, pəncərələri qırılıb, iki heyvanı tələf olub.

Source:


«Saat 4-ün yarısı olardı, uzanmışdım. Mənə zəng gəldi, çıxdım çəpərin ayağına.

Heç 20 dəqiqə keçməmiş gördüm həyətə mərmi düşdü, cöngə öldü, iki düyə yaralandı”. Bu sözləri Tərtər rayon sakini deyir. Onun sözlərinə görə, atışma zamanı kəndə 15-ə yaxın mərmi düşüb.

Kənd sakini ona dəyən ziyanın böyük olduğunu deyir: “Ölən cöngənin hardasa 150 kilo əti vardı. Yaralı düyələri müalicə etdirirəm. Hardasa 2-3 min manat ziyan dəyib mənə”.

Tərtər sakini Zümrüd Səfərovanın da həyətinə mərmi düşüb: “Saat 11-ə 20 dəqiqə qalmışdı. Bərk atırdılar. Gəlin atasını çağırdı, gəlib onu apardı. Qudam da yanımda idi. Bir də möhkəm atanda dedim, gəl qonşuya keçək, onların zirzəmisi var. Elə inəyə ot verib tez çıxdıq. Biz çıxan kimi mərmi gəlib həyətə düşdü. Tez girdik zirzəmiyə”.

Zümrüd Səfədova deyir ki, həyətində tikili dağılıb, evnin tavanı uçub, pəncərələri qırılıb, iki heyvanı tələf olub.

Ana səhifəAnalitika“Biz çıxan kimi mərmi həyətə düşdü”