Azərbaycanda rəsmi olaraq ilk koronavirus faktı təsdiq edilib

“Həmin şəxs xəstəxananın xüsusi rejimli infeksion boksunda yerləşdirilib. Hazırda pasiyentin vəziyyəti sabitdir”.

Source: Specify Source


İrandan gələn Rusiya vətəndaşı xüsusi bloka yerləşdirilib

Azərbaycan Respublikası Nazirlər Kabinetinin yanında operativ qərargah Azərbaycanda ilk koronavirus (COVİD-19) infeksiyasına yoluxma faktının qeydə alındığını təsdiq edib.

Nazirlər Kabineti yanında müvafiq dövlət orqanlarının rəhbərlərindən ibarət qərargahdan “

Azərtac

”a bildiriblər ki, xəstələnən şəxs Rusiya Federasiyasının vətəndaşıdır:

“İran İslam Respublikasından Azərbaycana daxil olarkən onda xəstəliyin əlamətləri müəyyən olunub. Həmin şəxs xəstəxananın xüsusi rejimli infeksion boksunda yerləşdirilib. Hazırda pasiyentin vəziyyəti sabitdir. Virusun yayılmasının məhdudlaşdırılması və onun arzuolunmaz nəticələrə yol açmasının qarşısının alınması üçün müvafiq tədbirlərin həyata keçirilməsinə, o cümlədən bütün lazımi məlumatları əldə etmək məqsədilə virusun mənbəyinin və yayılma yollarının, digər yoluxma hallarının aşkarlanması ilə bağlı xəstənin əlaqədə olduğu şəxslərin müəyyən edilməsinə başlanılıb”.

Fevralın 27-də koronavirusla bağlı risklərin qarşısının alınması, operativ qabaqlayıcı tədbirlərin həyata keçirilməsi məqsədilə Nazirlər Kabineti yanında müvafiq dövlət orqanlarının rəhbərlərindən ibarət qərargah yaradılıb.

Qərargah İranla sərhəddə nəzarət-buraxılış məntəqələrinin yaxınlığında FHN-in səyyar çadır hospitallarını yaratmaq qərarı qəbul edib. Azərbaycana gələn hər kəs bu hospitallarda ilkin müayinədən keçəcək. Xəstəlik simptomları aşkar edildikdə koronavirus şübhəsi olan şəxslər həkim nəzarəti altında xəstəxanalara yönləndiriləcək .

Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) də koronavirusun yayılmasının qarşısını almaq üçün təxirəsalınmaz tədbirlər görür öz növbəsində bildirib ki, ölkəyə idxal edilən, ölkədən ixrac edilən və ölkədə istehsal edilən ərzağın keyfiyyəti və təhlükəsizliyi yoxlanılır.

Ana səhifəSosialAzərbaycanda rəsmi olaraq ilk koronavirus faktı təsdiq edilib