Samir Əliyev: “Devalvasiya məsələsinə qismən aydınlıq gəldi”

İqtisadçı deyir ki, indiki dövrdə konkret fikir söyləmək çətindir

Source: google.az


“Bu gün hökumətin gündəmində devalvasiya tədbiri yoxdur”

Mərkəzi Bank (MB) 2021-ci il üçün pul vә maliyyә sabitliyi siyasәtinin әsas istiqamәtlәri barәdә Bәyanatını açıqlayıb.

İqtisadçı Samir Əliyev deyir ki, sənəddə əsas diqqəti cəlb edən məsələ MB-nin manatın məzənnəsinə münasibətdə hədsiz həssaslığıdır.

Əvvəlki illərdən fərqli olaraq 2021-ci ildә pul siyasәtinin prioritet mәqsәdini milli valyutaya inamın başlıca zәmanәtçisi olan qiymәt sabitliyi tәşkil etməsini ayrıca qeyd ediblər: “Çünki MB anlayır ki, ölkədə makroiqtisadi sabitliyin, o cümlədən qiymәt sabitliyinin əsas qarantı milli valyutanın sabitliyidir. Buna səbəb də istehlakda idxal mallarının әhәmiyyәtli paya malik olmasıdır. Bəyanatda qeyd edilir ki, pul siyasәti yürüdülәrkәn manatın mәzәnnәsinin inflyasiyaya qısa vә ortamüddәtli ötürücülüyü diqqәtdә saxlanılacaq”.

Hesabatda Mərkəzi Bank vurğulayır ki, 2021-ci ildə dә valyuta bazarında tarazlıq tәdiyә balansının vәziyyәtindәn, dövlәtin valyuta tәlәbi vә tәklifindәn, habelә iqtisadi subyektlәrin mәzәnnә gözlәntilәrindәn asılı olacaq.

İqtisadçı deyir ki, məzənnə sabitliyinin indikatoru olaraq yenə də neftin qiymətinin dəyişməsi və bu dəyişikliyin nə qədər uzunmüddətli olması götürüləcək: “MB onu da diqqətə çatdırır ki, valyuta bazarında tarazlığı tәmin etmәk üçün hökumәtlә birlikdә qabaqlayıcı tәdbirlәr görülәcәk. Yollardan biri kimi valyuta tәnzimlәnmәsinin optimallaşdırılması, o cümlədən valyuta satışına və axınına məhdudiyyətərin tətbiqi göstərilir”.

Samir Əliyev deyir ki, diqqəti çəkən məqamlardan biri də koordinasiyanın vacibliyidir. MB hesab edir ki, 2021-ci ildә proqnozların reallaşması makroiqtisadi siyasәtin bütün istiqamәtlәrinin effektiv koordinasiyasından asılı olacaq: “Xüsusilə də söhbət fiskal vә monetar siyasәt üzrә effektiv koordinasiyadan gedir. Belə anlaşılır ki, büdcə xərclərinin növbədənkənar və ya kəskin artırılması makroiqtisadi sabitlik, o cümlədən qiymətlərin sabitliyinə təhlükə yaradır. 2020-ci ildə olduğu kimi gələn il də pul siyasәtinin son hәdәfi inflyasiyanın 4±2 faiz dәhlizindә idarә olunması olacaq”.

Samir Əliyevin sözlərinə görə, sənəddən görünür ki, Maliyyə xidmətlərinin keyfiyyətinin artırılması, maliyyə inkluzivliyinin təmin edilməsi əsas hədəflərdə olacaq: “Bu baxımdan tikinti-əmanət bankının yaradılması üçün qanunvericilik aktının qəbuluna önəm veriləcək. Belə bir qanun layihəsi vaxtilə hazırlanıb Milli Məclisə təqdim edilsə də sonradan gündəlikdən çıxmışdı. İndi yenidən məsələyə diqqət artırılır”.

Samir Əliyev
Samir Əliyev

Devalvasiya riskinə gəlincə, Samir Əliyev bildirib ki, həm Maliyyə Nazirliyinin hazırladığı fiskal, həm də Mərkəzi Bankın açıqladığı monetar sənədin analizi hökumət üçün gələn il makroiqtisadi sabitliyin əsas hədəf olduğunu göstərir:

“Bu sabitliyin əsas qarantı isə milli valyutanın məzənnəsinin dəyişməzliyidir. Məzənnə ilə bağlı istər Maliyyə Nazirliyinin narahatlığı, istərsə də Mərkəzi Bankın həssaslığı onu deməyə əsas verir ki, bu gün hökumətin gündəmində devalvasiya tədbiri yoxdur. Çünki hökumət devalvasiyanın ağır fəsadlarını anlayır və bu tədbirə büdcə kəsirini örtmək üçün əlavə qazanc götürmək qismində yox, çıxılmaz vəziyyətdən çıxış yolu qismində baxır. Ona görə də gələn il neftin qiymətində kəskin ucuzlaşma və bu ucuzlaşmanın müddəti ilə bağlı pessimist proqnozlar olmazsa, hökumət məzənnəni saxlamaqda davam edəcək”.

İqtisadçı deyir ki, indiki dövrdə konkret fikir söyləmək çətindir:

“Ancaq gözləntim budur ki, hökumət ən azı gələn ilin birinci rübündə gözləmə mövqeyində olacaq. Neftin qiymətindən və pandemiyanın taleyindən asılı olaraq sonradan qərarına yenidən baxa bilər. Hətta məzənnənin gələn ilin sonuna kimi saxlanmasını da istisna etmirəm. Əlbəttə, bütün bunlar hökumətin planıdır, plan isə hər zaman pozula bilər”.

Ana səhifəİqtisadiyyatSamir Əliyev: “Devalvasiya məsələsinə qismən aydınlıq gəldi”