Reyslərdən istifadə üçün tək şərt var
İyulun 1-dən 30-dək Türk Hava Yollarının (THY) həyata keçirdiyi reyslərlə Bakıdan İstanbula getmək mümkündür. Biletlər iyunun 27-dən satışa çıxarılıb. Qiymət tək istiqamətdə 220 ABŞ dollarıdır və “turkishairlines.com” saytından almaq mümkündür. Uçuşlar həftədə 2 dəfə çərşənbə və cümə günləri həyata keçirir.
İyulun 7-də isə Azərbaycan Hava Yolları Şirkəti (AZAL) İstanbula və geriyə reys təşkil edir. Uçuş “Airbus A340” təyyarəsi ilə icra ediləcək. Biletlər “azal.az” səhifəsində satışa çıxarılıb. Tək istiqamət üçün qiymət 220 ABŞ dollarıdır.
İyulun 10-da “Belavia” Hava Şirkəti Bakı-Minsk reysinə başlayacaq. Uçuşlar cümə və bazar günləri olacaq. Bu reyslə Bakıdan Minskə getmək mümkün olacaq. Minsk-Bakı reysi nəzərdə tutulmayıb. Biletlər “belavia.by” saytında satışdadır. Bir tərəfə ən ucuz biletin qiyməti 300 ABŞ dollarıdır.
İyulun 14-də “SkyUp” aviaşirkəti Bakı-Kiyev reysini həyata keçirəcək. Tək istiqamətli biletin qiyməti 313 ABŞ dollarıdır. Biletlər “www.skyup.aero” saytında satışdadır. Ancaq uçuşlar təktərəflidir. Kiyev-Bakı istiqamətində bilet satılmır.
Bu reyslərdən istifadə edə bilmək üçün tək şərt var. O da uçuş vaxtından maksimum 48 saat müddətində verilmiş və neqativ çıxmış COVİD-19 testidir. Testlər Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi (TƏBİB) tərəfindən təyin edilmiş klinikalarda verilməlidir.