Azərbaycanla Rusiya sərhədləri müvəqqəti qapadılır

Eyni zamanda, Rusiyadan ölkəyə qayıtmaq istəyən Azərbaycan vətəndaşları üçün çarter uçuşları təşkil ediləcək.

Source: Foto: google.az


Yalnız yük maşınları sərhədi keçə biləcək

Azərbaycan və Rusiya vətəndaşlarının qarşılıqlı səfərləri 18 mart saat 00.00-dan etibarən müvəqqəti olaraq dayandırılır.

Bu barədə razılaşma martın 16-da iki ölkənin Baş nazirlərinin telefon danışıqlarında əldə olunub.

Azərbaycan

Nazirlər Kabineti

nin mətbuat xidmətinin yaydığı məlumata görə, Azərbaycanın Baş naziri Əli Əsədovla Rusiya hökumətinin sədri Mixail Mişustin razılaşıblar ki, əldə etdikləri qərarda yük maşınlarının sürücüləri istisna təşkil etsin.

Eyni zamanda, Rusiyadan ölkəyə qayıtmaq istəyən Azərbaycan vətəndaşları üçün çarter uçuşları təşkil ediləcək. Uçuşların qrafikinə dair əlavə məlumat veriləcək.

Ümumdünya Səhiyyə Təşkilatı koronavirus infeksiyasının yayılması ilə bağlı pandemiya elan edib. 15 mart tarixli məlumata əsasən, Azərbaycanda 25 nəfər virusa yoluxan olub. Onlardan 6-nın sağaldığı, 1 nəfərin öldüyü bildirilir.

Azərbaycanın Gürcüstanla və Qazaxıstanla sərhədləri martın 13-dən 10 günlük qapadılıb. Martın 14-də isə Azərbaycanla Türkiyə arasında sərhədlər müvəqqəti bağlanıb.

Martın 2-də orta və ali təhsil müəssisələrinin fəaliyyəti dayandırılıb, martın 10-da Novruz Bayramı şənlikləri ləğv edilməsi elan edilib.

Martın 13-də Nazirlər Kabineti təcili, təxirəsalınmaz və icrası məcburi olan bir sıra qərarlar qəbul edilib.

Ana səhifəSiyasətAzərbaycanla Rusiya sərhədləri müvəqqəti qapadılır