“Pasiyentlər özlərini normal hiss edirlər, səhhətləri sabitdir”
Azərbaycanda daha iki koronavirusa yoluxma faktı qeydə alınıb. Nazirlər Kabineti yanında operativ qərargahın məlumatına görə, pasiyentlər özlərini normal hiss edirlər, səhhətləri stabildir.
Bununla rəsmi olaraq ümumi koronavirusa yoluxma halı 25-dir. Onlardan 6-sı sağalıb, biri həyatını itirib. Hazırda 18 pasiyent müalicə alır.
+++
Azərbaycanda yeni koronavirus infeksiyasına daha 4 yoluxma faktı qeydə alınıb.
Məlumatı
Nazirlər Kabineti
yanında operativ qərargah yayıb.
Bildirilib ki, hazırda xüsusi rejimli xəstəxanalara yerləşdirilən və müşahidə altında olan pasiyentlər özlərini normal hiss edirlər, səhhətləri sabitdir.
Xüsusi rejimli xəstəxanalara yerləşdirilmiş digər pasiyentlərin səhhəti ciddi nəzarət altında saxlanılır, onların müalicəsi ilə bağlı müvafiq tədbirlər həyata keçirilir.
Azərbaycanda ilk koronavirus infeksiyası fevralın 28-də İrandan qayıdan bir nəfərdə aşkarlandı. Bir gün sonra daha iki nəfər koronavirus infeksiyası ilə qeydə alınaraq nəzarətə götürüldü.
Elə həmin gün Azərbaycan İran İslam Respublikası ilə hava və quru sərhədlərini müvəqqəti qapadıldı.
Sonuncu açıqlanan rəqəmlərə əsasən, ümumilikdə ölkədə virusa yoluxanların sayı
23 olub
. Onlardan 6-nın sağaldığı, 1 nəfərin öldüyü bildirilir.
Azərbaycanın Gürcüstanla və Qazaxıstanla sərhədləri martın 13-dən 10 günlük qapadılıb. Martın 14-də isə Azərbaycanla Türkiyə arasında sərhədlər müvəqqəti bağlanıb.
Martın 2-də orta və ali təhsil müəssisələrinin fəaliyyəti dayandırılıb, martın 10-da Novruz Bayramı şənlikləri ləğv edilməsi elan edilib.
Martın 13-də Nazirlər Kabineti təcili, təxirəsalınmaz və icrası məcburi olan bir sıra qərarlar qəbul edilib.