“PORT BAKU TOWERS” mərkəzinin koronavirus təhlükəsi ilə bağlandığı deyilir

Sonra isə bildirilib ki, mərkəz qapadılmayıb, sadəcə dezinfeksiya işləri aparılacaq.

Source: Foto: google.az


İşçilərə martın 29-dək işə gəlməmələri tapşırılıb

Paytaxtda yerləşən "PORT BAKU TOWERS" mərkəzinin koronavirus şübhəsi ilə bağlandığı bildirilir.

Mərkəzdə yerləşən şirkətlərdən birinin əməkdaşları məlumatı Meydan TV-yə təsdiqləyib. Məlumata görə, iki nəfərdə yüksək tempreratur aşkarlandığından şirkətlərin işçilər evə buraxılıb. Onlara martın 29-dək gəlməmələri tapşırılıb.

"PORT BAKU TOWERS" -dan öncə deyilənləri yalanlayıblar. Sonra isə bildirilib ki, mərkəz qapadılmayıb, sadəcə dezinfeksiya işləri aparılacaq.

Martın 13-də daha dörd Azərbaycan vətəndaşında koronavirus infeksiyasına yoluxma faktı qeydə alınıb. İnfeksiyaya yoluxma İran və İtaliyadan gələn Azərbaycan vətəndaşlarında müəyyən olunub.

Azərbaycanda ümumilikdə rəsmi olaraq koronavirusa yoluxmuş 19 fakt təsdiqlənib. Bunlardan 3 nəfəri sağalaraq, evə buraxıblar.

Martın 12-də 1969-cu il təvəllüdlü qadın koronavirus diaqnozu ilə ölüb.

Ana səhifəSosial“PORT BAKU TOWERS” mərkəzinin koronavirus təhlükəsi ilə bağlandığı deyilir