"1938-ci il təvəllüdlü Azərbaycan vətəndaşının səhhəti stabil-orta ağırdır"
İran İslam Respublikasından qayıdan 1966 və 1978-ci il təvəllüdlü iki Azərbaycan vətəndaşında koronavirus infeksiyasına yoluxma faktı qeydə alınıb.
Hazırda xüsusi rejimli xəstəxanalara yerləşdirilən və müşahidə altında olan pasiyentlər özlərini normal hiss edirlər, səhhətləri stabildir.
Bu barədə məlumatı
Nazirlər Kabineti yanında Operativ Qərargah
yayıb.
Bildirilib ki, bundan əvvəl koronavirus infeksiyasına yoluxma faktı qeydə alındıqdan sonra xüsusi rejimli xəstəxanaya yerləşdirilmiş 1938-ci il təvəllüdlü Azərbaycan vətəndaşının səhhəti stabil-orta ağırdır, hazırda xəstə nəzarət altında saxlanılır və sağlıq durumunun yaxşılaşması üçün lazımi tədbirlər görülür.
Məlumatda xüsusi rejimli xəstəxanalara yerləşdirilmiş digər pasiyentlərin vəziyyətinin stabil olduğu vurğulanır.
Azərbaycanda rəsmi olaraq ilk koronavirus faktı
fevralın 28-də
qeydə alınıb, həmin şəxs Rusiya vətəndaşıdır. Fevralın 29-da daha iki nəfərdə koronavirus aşkarlanıb və həmin gün də İran İslam Respublikası ilə sərhədlər bağlanıb.
Martın 2-də
isə orta və ali təhsil müəssisələrinin fəaliyyəti dayandırılıb.