Mart 8-də Feminist Hərəkatı Bakının Fəvvarələr Meydanında “8 MARŞ – Bizimdir Hürr Küçələr” adlı yürüş keçirib.
Aksiyanın əsas şüarı “Şiddətə susma!” olub.
Aksiyanın əsas şüarı binalardan birinin üzərindən də asılıb.
Nizami küçəsində polislər aksiyaya müdaxilə edib, onların irəliləməsinin qarşısı alınıb. Polislər aksiya iştirakçılarının qaldırdılqarı plakatları əllərindən alıblar. Mülki geyimli polislər aksiyaçılara fiziki təzyiq göstərib, onlardan bir neçə nəfəri saxlanılıb. Bununla belə, aksiya müxtəlif istiqamətlərdə davam etdirilib.
Təşkilatçılar polislərin əhatəsində bəyanatlarını səsləndiriblər.