Çində ölənlərin sayı 106-a çatıb

Virus Pekində də aşkarlanıb

Source: google.az


Virus Pekində də aşkarlanıb

Çində yayılan yeni virusun Pekinə də çatması ilə bağlı məkumatlar var.

“Reuters” çərşənbə axşamı xəbər verir ki, ölənlərin sayı 106-ya çatıb.

Amerika Birləşmiş Ştatları vətəndaşlarını ölkəyə getməmək mövzusunda xəbərdarlıq edib və maliyyə bazarlarında yenidən enmələr müşahidə edilir.

Koronavirusun dünyanın ikinci böyük iqtisadiyyatına təsiri ilə əlaqədar narahatlıqlar artdıqca dünya səhiyyə orqanları yoluxma hadisələrində hər gün artım müşahidə edirlər.

Qripə oxşar virus halı daha çox ölkədə müşahidə edilir. Siyahıya son olaraq Şri Lanka və Kamboca da daxil olub. Lakin Çindən kənarda ölüm hadisəsi qeydə alınmayıb.

Keçən ilin sonlarında virusun yarandığı Vuhan şəhəri Hubey əyalətində yerləşir və 11 milyon əhaliyə sahibdir. Mümkün ki, virus qanunsuz yabanı heyvan satan bazarda yaranıb. Şəhər karantin altına alınıb. Şəhərə bütün nəqliyyat vasitələri ləğv edilib.

Hubeydə yaşayan on milyonlarla insan limitli səyahət edə bilir. Bununla səlahiyyətlilər virusun Çində və xaricə yayılmasının qarşısını almağa çalışırlar.

Sosial mediada yayılan görüntülərdə sakinlər şəhərin yaşayış binalarından “Vuhan, sən bunu edə bilərsən!” deyərək pəncərədən şüarlar, dövlət himnini səsləndiriblər.

Çərşənbə axşamı günü qeydə alınan ölüm sayı bazar ertəsi 81 nəfərdən 106 nəfərə qalxıb. Milli Səhiyyə Komissiyasından verilən məlumata görə Çində təsdiqlənmiş ümumi xəstəliklərin sayı bazar ertəsi günü 2,835-dən 4,515-ə çatıb.

Qlobal səhmlər neft qiymətlərinin üç ay davam edən ucuzlaşmasından sonra yenidən düşüş yaşayır. Çinin valyutası yuan 2020-ci ildə ən zəif səviyyəyə enib, investorlar bu durumun iqtisadiyyata ziyan vurmasından narahatdırlar.

Təhlilçilər qeyd edirlər ki, Çinin səyahət və turizmi sektoru pərakəndə və içki satışları ilə birlikdə ən çox zərər görən sektorlar olacaq. Çin insanların daha çox səyahət etdiyi Aysal Yeni il tətili dövründə səyahətləri qadağa edib.

Ana səhifəDünyaÇində ölənlərin sayı 106-a çatıb