6 tələbə dəm qazından zəhərlənib

Bildirilib ki, Kliniki Tibbi Mərkəzin Toksikologiya şöbəsində tələbə qızlara ilkin tibbi yardım göstərilib və onlar evə buraxılıblar.

Source: Foto: arxiv


Həkimlər tələbələrin durumunu orta-ağır kimi qiymətləndirib

Noyabrın 26-da Xəzər Universitetinin 6 tələbəsi kirayə qaldıqları mənzildə dəm qazından zəhərlənib. Hadisə Qara Qarayev prospekti 76, mənzil 28 ünvanında baş verib.

Məlumatı Səhiyyə Nazirliyinin Mətbuat Xidməti yayıb.

Bildirilib ki, Kliniki Tibbi Mərkəzin Toksikologiya şöbəsində tələbə qızlara ilkin tibbi yardım göstərilib və onlar evə buraxılıblar. Həkimlər tələbələrin durumunu orta-ağır kimi qiymətləndirib.

Noyabrın 21-də isə

Bakı Dövlət Universiteti

nin 2 nömrəli yataqxanasında 3 tələbə qız zəhərlənmişdi. Onlardan Şəkər Hastəmova həmin gün vəfat etdi.

Hadisə ilə əlaqədar Bakı Şəhər Prokurorluğunda Cinayət Məcəlləsinin 314.2-ci (səhlənkarlıq, ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə və ya digər ağır nəticələrə səbəb olduqda) maddəsi ilə cinayət işi açılıb. Qızların nədən zəhərləndiyi hələ məlum deyil.

Ana səhifəSosial6 tələbə dəm qazından zəhərlənib