Telman İsmayılovun İsveçrədə bank hesablarına həbs qoyulub

Sürix prokurorluğu Telman İsmaylova qarşı bir neçə iqtisadi cinayət əməlində şübhəli bilindiyinə görə cinayət işi açıb – müflislik zamanı fırıldaqçılıq, kreditorlara zərər vuracaq dərəcədə aktivlərin azaldılması və digərləri.

Source:


Prokurorluq milyarderi iqtisadi cinayətlərdə şübhəli bilir

İsveçrə prokurorluğu Azərbaycan əsilli rusiyalı milyarer Telman İsmayılovun bank hesablarına həbs qoyub.

Rusiyanın “

Kommersant

” nəşrinin məlumatına görə, həbs Rusiyanın “BM-bank”ın şikayəti əsasında olub.

Sürix prokurorluğu Telman İsmaylova qarşı bir neçə iqtisadi cinayət əməlində şübhəli bilindiyinə görə cinayət işi açıb – müflislik zamanı fırıldaqçılıq, kreditorlara zərər vuracaq dərəcədə aktivlərin azaldılması və digərləri. Hazırda Monteneqroda yaşayan Telman İsmayılovu Rusiya İstintaq Komitəsi sifarişli ölümlərdə və insan oğurluğunda şübhəli bilir.

“BM-bank” ərizəsində bildirib ki, 2012-ci ilin sentyabrından 2014-cü ilin fevralına qədər Telman İsmayılovun nəzarətində olan şirkətlər ümumi məbləği 230 milyon dollar olan 3 kredit alıblar. Kreditlərə zamin kimi Telman İsmayılov özü dayanıb. Kreditlər zamanında qaytarılmayıb.

Bankın hüquqşünasları müəyyən ediblər ki, Telman İsmayılov bir sıra aktivlərini İsveçrədə yaşayan qohumlarının adına keçirib və yerli şirkətlər vasitəsilə biznes-layihələr həyata keçirir. İsveçrə prokurorluğu həmçinin müəyyən edib ki, Telman İsmayılov banklardak hesablarını Rusiyadan gələn çirkli pulları yumaq üçün istifadə edib.

İsveçrədə istintaqla Rusiyada təşkil olunan istintaq hərəkətləri nəticəsində Telman İsmayılov bir sıra aktivlərinə nəzarəti itirib. Moskvada onun elit daşınmaz əmlakı həbs edilib, Monteneqroda “Avala” adlı kazinosu nəzarətə götürülüb.

Ana səhifəSosialTelman İsmayılovun İsveçrədə bank hesablarına həbs qoyulub