Qərar noyabrın 28-də qüvvəyə minir
Ukrayna Ali Radasa noyabrın 26-da ölkə ərzasində 1 aylıq hərbi vəziyyətin elan olunması haqda qərar qəbul edib.
Euronews
xəbər verir ki, qərar noyabrın 28-də qüvvəyə minir.
Ali Radanın gündəliyinə Kerç keçidində Rusiya və Ukrayna gəmilərinin münaqişəsi daxil edilib. Müzakirələr sakit keçməyib, müxalifət radanın Rəyasət Heyətini tutaraq prezident Petro Poroşenkonun dikskussiyalara gəlməsini tələb edib. Müzakirələri gərginləşdirən məqam hərbi vəziyyətin seçkiyə az qalmış müddətdə elan edilməsi olub.
Bildirilir ki, prezident Poroşenko hərbi vəziyyətin 60 gündən 30 günə endirilməsi təklifi və konstitusion hüquqların məhdudlaşdırılmaması ilə razılaşıb, seçkilər martın 31-də keçiriləcək.
Noyabrın 25-də Rusiya qüvvələri Krım yarımadası yaxınlığında, Qara Dənizdə Ukrayna gəmilərinə atəş açıb.
Hadisədən sonra Hərbi Şuranın toplantısında prezident
Petro Poroşenko
hərbi vəziyyətin tətbiqini dəstəklədiyini bildirib və fərman imzalayıb.
Ukrayna mediası
nın məlumatına görə, Rusiya tərəf Ukraynanın iki hərbi gəmisinə atəş açıb, altı heyət üzvünü yaralayıb və gəmiləri ələ keçirib. Poroşenko deyib ki, atışmadan sonra Ukraynanın 23 dənizçisi əsir götürülüb.
Bildirilib ki, Kiyev nə saxlanmış gəmilərlə, nə də dənizçilərlə əlaqə yarada bilir.
İnsidentdən öncə Rusiya Ukraynanın 3 gəmisinin Qara Dənizdən, Kerç boğazından Azov dənizinə keçməsinə imkan verməmişdi.