Rusiyanın səfiri Qarabağda sülhməramlı qüvvələrin yerləşdirilməsindən danışıb

”Azərbaycan hakimiyyəti buna imza atsa, hesab edin ki, Qarabağdan imtina imzasını atacaq”

Source:
Aleksandr Lukaşeviç
Aleksandr Lukaşeviç


”’Azərbaycan hakimiyyəti buna imza atsa, hesab edin ki, Qarabağdan imtina imzasını atacaq”

Dağlıq Qarabağda sülhməramlı qüvvələrin yerləşdirilməsi yalnız regionda siyasi nizamlanmaya nail olduqdan sonra mümkün ola bilər.

Rusyianın ATƏT yanında daimi nümayəndəsi Aleksandr Lukaşeviç bildirib. “Rossiya Seqodnya” agentliyi məlumat verib.

Onun sözlərinə görə, Vyanada Yüksək Səviyyəli Planlaşdırma qrupu fəaliyyət göstərir. Orada hərbi ekspertlər çalışır, gələcək sülhyaratma əməliyyatlarının mümkün parametrlərini hazırlayırlar.

O qeyd edib ki, bunun necə, hansı formatda olacağı müzakirə olunmalıdır.

Lukaşeviç deyib ki, “əgər iş bu yerə çatarsa bu, ATƏT-in özündə tarixi təcrübə olacaq. Çünki təşkilat heç zaman sülhyaratma əməliyyatı keçirməyib. Halbuki, bu fəaliyyət növü üçün onun mandatı var (


“Turan” İA


).

Səfir Lukaşeviçin açıqlamasını Meydan TV-yə şərh edən siyasi şərhçi Azər Qasımlı bildirib ki, buna heç zaman yol vermək olmaz: “Əgər bölgəyə sülhməramlı qüvvələr yerləşdirilsə, bu, Qarabağın tamamilə itirilməsi deməkdir. Fərqi yoxdur, sülhməramlılar hansı ölkənin kontingentindən olacaq. Söhbət yalnız Rusiyanın sülhməramlılarından getmir, başqa dövlətlərin də sülhməramlıları bölgəyə gəlməməməlidir. Azərbaycan hakimiyyəti buna imza atsa, hesab edin ki, Qarabağdan imtina imzasını atacaq. Ümumiyyətlə, referendum keçirilməsi və sülhməramlı qüvvələrin bölgəyə gətirilməsi problemin həllinə heç bir müsbət təsir göstərməyəcək”.

Azər Qasımlı
Azər Qasımlı

Azər Qasımlı xatırladıb ki, sülhməramlı qüvvələr Kosovada yerləşdirildi, nəticədə Kosova müstəqil oldu: “Abxaziya və Osetiyanı xatırlayaq, rus sülhməramlıları yerləşirildi, nəticə məlumdur. 2008-ci ilin avqustunda Moskvanın hərbi həmləsini isə heç kim unutmayıb, guya, Gürcüstan sülhməramlılara qarşı silah işlətmişdi. Yaxud Moldovada rusların sülhməramlıları var, amma heç nə dəyişməyib. Təsəvvür edin ki, sülhməramlılar bölgədə yerləşdirilsə və sabah onlara bir xətər dəysə, Azərbaycvan buna cavab verməli olacaq. Bu baxımdan status-kvonun saxlanılması sülhməramlıların yerləşdirilməsindən daha yaxşıdır

Ana səhifəAnalitikaRusiyanın səfiri Qarabağda sülhməramlı qüvvələrin yerləşdirilməsindən danışıb