”Bu vəziyyət göstərir ki, ”dondurulmuş münaqişələr” bütün ATƏT məkanında qeyri-stabillik ocağı olaraq qalır və istənilən vaxt alışa, genişmiqyaslı hərbi əməliyyatlar və insan itkilərinə səbəb ola bilər”
”Ukrayna Dağlıq Qarabağ münaqişəsinin gərginləşməsindən dərin narahatlığını ifadə edir və hərbi əməliyyatlar zamanı ölən və yaralananların ailə və yaxınlarına başsağlığı verir”.
APA-nın məlumatına görə, bu barədə Ukrayna XİN-in bəyanatında deyilir.
Ukrayna XİN münaqişə tərəflərini, beynəlxalq ictimaiyyəti, o cümlədən Minsk Qrupunu hərbi əməliyyatların dərhal dayandırılması və vəziyyətin deeskalasiyası üçün maksimum səy göstərməyə və münaqişənin beynəlxalq hüququn qəbul olunmuş ümumi prinsip və normaları əsasından sülh yolu ilə həlli yollarını axtarmağı davam etdirməyə çağırır: “Bu vəziyyət göstərir ki, “dondurulmuş münaqişələr” bütün ATƏT məkanında qeyri-stabillik ocağı olaraq qalır və istənilən vaxt alışa, genişmiqyaslı hərbi əməliyyatlar və insan itkilərinə səbəb ola bilər. Ukrayna tərəfi Dağlıq Qarabağ münaqişəsinin Azərbaycanın suverenliyinə və beynəlxalq cəhətdən tanınmış sərhədləri çərçivəsində ərazi bütövlüyünə əməl olunması əsasənda uzunmüddətli siyasi həllinə tərəfdardır”.