”Azərbaycan əsgəri, Azərbaycan zabiti isə heç zaman mülkü əhaliyə qarşı vuruşmayıb, vuruşmur, vuruşmayacaq”
Azərbaycanın Ali Baş Komandanı, Prezident İlham Əliyev cəbhə bölgəsində ermənilərin hücumunu dəf edərkən yaralılanmış və şəhid olmuş hərbçilərin ailələ üzvləri ilə görüşüb.
“Report”un məlumatına görə, Prezident sonuncu baş verənlərin ermənilərin birinci təxribatı olmadığını deyib: “Azərbaycan Ordusunun qəhrəman zabit və əsgərləri düşmənin təxribatının qarşısını alıblar. Düşmənin layiqli cavabını verdi və təmas xəttində öz üstünlüyünü daha da möhkəmləndirdi. Ermənilər yayşayış yerlərini atəşə tutub, mülkü əhalindən yaralananlar var. 300-ə yaxın evə ziyan vurulub. Azərbaycan əsgəri, Azərbaycan zabiti isə heç zaman mülkü əhaliyə qarşı vuruşmayıb, vuruşmur, vuruşmayacaq. Biz öz torpağımızda vuruşuruq, öz torpağımızı qoruyuruq. Bizim işimiz haqq işidir”.