Ağdamda 10 ev dağıdılıb

Ağdamın icra başçısı: “Azərbaycanın cəbhəyanı kəndlərində xeyli evə ziyan dəyib”

Source:
Raqub Məmmədov
Raqub Məmmədov

“Azərbaycanın cəbhəyanı kəndlərində xeyli evə ziyan dəyib”. Bunu “Report”a açıqlamasında Ağdam Rayon İcra Hakimiyyətinin başcısı Raqub Məmmədov bildirib.

O qeyd edib ki, ermənilərin yaşayış evlərinə açdığı atəş nəticəsində xeyli ev ziyan çəkib: “Ağdamın Çəmənli, Hacıməmmədli, Sarıcalı kəndlərində 10-a yaxın ev tamamilə dağıdılıb. Kənd sakinlərinin yüzlərlə mal-qarası atılan mərmilərin partlaması nəticəsində tələf olub. Hazırda bütün kəndlərə dəymiş ziyan hesablanır. Rayonun Sarıcalı kənd orta məktəbinin binasına mərmi düşüb. Lakin dərs olmadığından, xəsarət alan olmayıb”.

Ana səhifəAnalitikaAğdamda 10 ev dağıdılıb