Rasim Məmmədovun atası Əbdül Məmmədov birinci Qarabağ müharibəsində əlil olub
Azərbaycan Demokrat Partiyasının sədri Sərdar Cəlaloğlunun və vəkil Qurban Məmmədovun qardaşı oğlu, zabit Rasim Məmmədov şəhid olub.
Məlumatı Meydan TV-yə Qurban Məmmədov verib.
Qurban Məmmədov bildirib ki, Rasim Məmmədov alınan yüksıkliklər uğrunda döyüşlərdə bombardman zamanı həlak olub. Hazırda Müdafiə Nazirliyi cənazənin gətirilməsi işini təşkil edir: “Yaxınlarımız ADP qərargahında Sərdar bəyin yanındadır, cənazənin harda dəfn olunmasını müzakirə edirik”.
R.Məmmədovun atası Əbdül Məmmədov birinci Qarabağ müharibəsində əlil olub.